QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rus ailələr Qarabağa köçmək üçün müraciət ediblər

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidГадрут, фото из архива
Гадрут, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.02.2021
Abunə olmaq
Yüzlərlə rus gənc Azərbaycan Ordusunun tərkibində öz torpaqlarının azad edilməsi uğrunda vuruşub. Onların arasında həlak olanlar da var.

BAKI, 20 fevral — Sputnik. Qarabağın işğaldan azad edilmiş torpaqlarına qayıtmaq istəyən rus ailələrindən Milli Məclisə ərizələr daxil olur.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin bu barədə Rusiyanın “Nasionalnaya slujba novostey” informasiya agentliyinin mətbuat mərkəzində keçirilən “Rusiya parlamentarilərinin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda Moskva-Bakı telekörpüsündə məlumat verib.

Deputatın sözlərinə görə, Qarabağın işğaldan azad edilmiş ərazilərində yerləşən evlərinə qayıtmağı arzu edən rus ailələri bu barədə ona müraciət edirlər. Məsələn, Krasnodar diyarından olan iki molokan ailəsi və Azərbaycanın Russkiye Borisı kəndindən olan daha iki ailə əvvəllər yaşadıqları Tərtər rayonuna qayıtmaq arzusunu bildirib. M.Zabelin təəssüf hissi ilə qeyd edib ki, həmin ailələr Tərtər rayonunda əvvəllər yaşadıqları kənddən erməni silahlı dəstələri tərəfindən qovulub, kənd özü isə işğal dövründə tamamilə dağıdılıb.

Deputat bildirib ki, azərbaycanlılar erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərin Azərbaycana qaytarılacağı günü 30 il gözləyiblər. O xatırladıb ki, yüzlərlə rus gənc Azərbaycan Ordusunun tərkibində öz torpaqlarının azad edilməsi uğrunda vuruşub. Onların arasında həlak olanlar da var. Biz bu gəncləri ehtiramla yad edirik.

M.Zabelin deyib: “Bizim Prezident dəfələrlə vurğulayıb ki, biz bu münaqişənin sülh yolu ilə həll edilməsini istərdik. İndi Dağlıq Qarabağ zonasında çox mürəkkəb vəziyyət yaranıb, ona görə ki, insanlar doğma yurdlarına qayıtmaq istəyir, lakin orada ərazilərin minalardan təmizlənməsi prosesi getdiyi üçün vəziyyət mürəkkəbdir. Minalardan təmizlənmə prosesində insanlar həlak olur. Təəssüf ki, erməni tərəfi şəhərlərin və qəsəbələrin minalanmasının xəritələrini bizə vermir. Bu onu göstərir ki, onlar həmin əraziləri xaotik şəkildə minalayıblar”.

Milli Məclisin deputatı onu da vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra ermənilər işğal etdikləri yerləri tərk edərkən, əksəriyyəti vaxtilə azərbaycanlılara məxsus olmuş evləri yandırıb və dağıdıblar. Azərbaycan Parlamentinin üzvü deyib: “Ermənilər bu evləri dağıdır, meşələri qırır, qalan oduncağı Ermənistana daşıyıb aparırdılar. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, biz Dağlıq Qarabağ ərazisini son vaxtlarda tərk etmiş bütün erməni qaçqınları qəbul etməyə hazırıq və onlar həmin ərazilərdə azərbaycanlı əhali ilə birlikdə dinc yanaşı yaşaya bilərlər. Lakin təəssüf ki, erməni tərəfi buna hazır olmadığını bildirir”.

Deputat bəzi erməni siyasətçilərin qisasçılıq barədə aqressiv bəyanatları mövzusuna toxunaraq belə meyillərin aradan qaldırılmasında Rusiyanın mühüm rol oynaya biləcəyini qeyd edib.

Xəbər lenti
0