QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşadakı məktəbin təməlqoyma mərasimində iki dövlət başçısı iştirak edəcək

© © Murat Cetinmuhurdar / Presidential Press Office / Handout via REUTERSПрезидент Азербайджана Ильхам Алиев и Президент Турции Реджеп Тайип Эрдоган на военном параде в Баку, фото из архив
Президент Азербайджана Ильхам Алиев и Президент Турции Реджеп Тайип Эрдоган на военном параде в Баку, фото из архив - Sputnik Azərbaycan, 1920, 20.02.2021
Abunə olmaq
Üzeyir Hacıbəylinin şərəfinə adlanacaq məktəbin layihəsində Osmanlı, Səlcuqlu motivlərindən istifadə olunacaq.

BAKI, 20 fevral — Sputnik. Şuşadakı məktəbin təmlinin Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və MHP rəhbəri Dövlət Baxçalının birgə atması planlaşdırılır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, II Qarabağ müharibəsində sonra azadlıq simvolu olaraq qəbul olunan Xarıbülbül çiçəyinin üzərində simvolik olaraq həkk olunacağı məktəb binasının layihəsinin müəllifi və MHP lideri Dövlət Baxçalının sözçüsü, memar Yusuf Ziya Günaydın, MHP liderinin köməkçisi Mövlut Karakaya və Ahmet Yigitin Azərbaycana 6 günlük səfəri artıq başa çatıb. Nümayndə heyəti Türkiyyə dönəndən sonra Şuşa və icra ounacaq layihə haqda təəssüratlarını bölüşüb, görülən işlərdən danışıblar.

MHP heyəti Bakıda Prezident İlham Əliyev, prezidentin köməkçisi Hikmət Haciyev, Təhsil naziri Emin Əmrullayev və digər şəxslərlə görüşüb. Azərbaycandan qayıdan heyət Dövlət Baxçalıya səfər barədə məlumat verib.

Qeyd edək ki, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin şərəfinə adlanacaq məktəbin layihəsində Osmanlı, Səlcuqlu motivlərindən istifadə olunacaq.

Xəbər lenti
0