16:50 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
QARABAĞ
Qısa URL
8401210

Ərdoğan Dağlıq Qarabağda nəqliyyat və kommunikasiya xətlərinin bərpası məsələsində türkiyəli və rusiyalı mütəxəssislərin azərbaycanlı həmkarları ilə birgə əməkdaşlıq edə biləcəyini də deyib.

BAKI, 18 fevral — Sputnik. Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.

"Putin və Ərdoğan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci ildə və 11 yanvar 2021-ci ildə bəyanatlarında göstərilən razılaşmaların reallaşdırılması kontekstində Dağlıq Qarabağ ətrafında vəziyyətin müzakirəsini davam etdirib. Söhbət regionun sosial-iqtisadi inkişafı istiqamətində Rusiya və Türkiyənin addımlarının koordinasiyasından gedir. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işə başlaması ilə əlaqədar məmnunluq ifadə edildi", - deyə Kremlin yaydığı məlumatda bildirilib.

Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı qeyd edib ki, atəşkəsin qorunması üçün birgə səylər göstərilməlidir. O, Dağlıq Qarabağda nəqliyyat və kommunikasiya xətlərinin bərpası məsələsində türkiyəli və rusiyalı mütəxəssislərin azərbaycanlı həmkarları ilə birgə əməkdaşlıq edə biləcəyini də vurğulayıb.

Bundan əlavə, Rusiya və Türkiyə liderləri ikitərəfli münasibətləri, həmçinin Suriya məsələsini müzakirə ediblər.

Rusiya prezidenti İraqda 13 dinc Türkiyə vətəndaşının PKK yaraqlıları tərəfindən öldürülməsi ilə bağlı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

Əlaqədar

Ərdoğan Putinlə danışdı: Ermənistan geri çəkilsin
Ərdoğan Putinin sözlərini ona qaytardı – Mən də onu elə tanımışam
Rusiya sülhməramlıları üçün Xankəndi və Xocavənddə şəhərcikliklər salındı
Ərdoğan: “Putinin yanaşması prosesin müsbət istiqamətdə davam etməsinə yardım etdi”
Putin Ərdoğana Əliyev və Paşinyanla görüşü barədə nə deyib?
Peskov Putinlə Ərdoğanı müqayisə edib
Teqlər:
Qarabağ, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Putin

Əsas mövzular