07:22 28 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
QARABAĞ
Qısa URL
40 0 0

Hər iki tərəf 1990-cı illərdəki müharibə zamanı ölən şəxslərin qalıqlarının tapılaraq təhvil verilməsi üzrə səyləri gücləndirib

BAKI, 16 fevral — Sputnik. Azərbaycan erməni tərəfə daha 106 meyit təhvil verib. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Qarabağdakı erməni separatçılarının lideri Araik Arutyunyan Facebook səhifəsində yazıb.

Onun bildirdiyinə görə, humanitar məsələlər üzrə əməkdaşlıq çərçivəsində aparılan danışıqlar nəticəsində və Qarabağdakı rus sülhməramlılarının rəhbərliyinin vasitəçiliyi ilə Azərbaycan tərəfi 44 günlük müharibə zamanı ölən ermənilərin meyitlərini qarşı tərəfə ötürüb. 

Separatçıların rəhbəri qeyd edib ki, "son müharibədə ölənlərin və sağ qalmış adamların axtarışları davam edir". Həmçinin onun sözlərinə görə, hər iki tərəf 1990-cı illərdəki müharibə zamanı ölən şəxslərin qalıqlarının tapılaraq təhvil verilməsi üzrə səyləri gücləndirib.

Teqlər:
hərbçi, meyit, Qarabağ

Əsas mövzular