QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Özbəkistanın məşhur musiqi qrupu Şuşada konsert verəcək

CC BY 2.0 / John Steedman / ShushaГород Шуша
Город Шуша - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
"Özbegim Yoshları" musiqi qrupu hər il ənənəvi olaraq Daşkənddəki "Türkistan" sarayında AMM-in təşkil etdiyi konsert proqramı ilə çıxış edir.

BAKI, 11 fevral — Sputnik. Özbəkistanın məşhur "Özbegim Yoshları" musiqi qrupu Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərində bu il konsert proqramı ilə çıxış edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla "Özbegim Yoshları" musiqi qrupunun bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Lütviyyə Ruzibayevanın görüşündə razılıq əldə olunub.

Görüşdə Özbəkistanda gənclər hərəkatının əsas qüvvəsi olan "Barkamol ovlad" təşkilatı ilə əməkdaşlıq, özbək mədəniyyətini dünyada tanıdan "Özbegim Yoshları" musiqi qrupunun Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihələri haqqında söhbət açılıb, əməkdaşlığın uğurla davam etməsindən məmnunluq ifadə olunub.

Lütviyyə Ruzibayeva "Özbegim Yoshları" musiqi qrupunun dünyanın 30-dan çox ölkəsində keçirilən beynəlxalq festivallarda iştirak etdiyini və çoxsaylı mükafatlara layiq görüldüyünü söyləyib. Musiqi qrupunun özbək mədəniyyətinə, musiqisinə dair möhtəşəm təqdimatlar keçirdiyini və qrupda özbək musiqisinin bütün sahələrinin - vokal, estrada, makom, şərq rəqslərinin yer aldığını qeyd edib.

"Özbegim Yoshları" musiqi qrupu hər il ənənəvi olaraq Daşkənddəki "Türkistan" sarayında AMM-in təşkil etdiyi konsert proqramı ilə çıxış edir.

Samir Abbasov 28 il işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsindən danışıb, mədəniyyət sahəsinə də böyük ziyan dəydiyini söyləyib, yüzlərlə mədəniyyət müəssisəsinin, tarixi abidənin işğalçı Ermənistan ordusu tərəfindən dağıdıldığını və məhv edildiyini bildirib. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalçılardan azad edildiyini vurğulayıb.

Bundan başqa, Azərbaycan Respublikasının musiqi və folklor qrupları ilə əməkdaşlıq əlaqələrinin yaradılması, gələcəkdə birgə layihələrin icrası məsələləri də müzakirə olunub.

Xəbər lenti
0