CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın bir zamanlar milyonçu kəndi indi necə görünür - VİDEO

Abunə olmaq
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğal etdiyi Zilanlını 2020-ci il oktyabrın 23-də Azərbaycan Ordusu erməni tapdağından xilas edib.

 

BAKI, 10 fevral — Sputnik. Qubadlı rayonunun Zilanlı kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə iatinadən görüntüləri təqdim edir.

Zilanlı sözünün "zəhərli ilan" mənası daşıdığı ehtimal olunur. Zilanlı tayfaları qədim zamanlarda yanaqlarına ilan şəkli çəkərmişlər ki, bu da onların tayfalarının rəmzi sayılırmış. Zilanlı kəndi 7 tayfadan ibarət olub - Eyvazlı, Həzili, Qasımlı, Abıdlı, Şahnəzərli, Mirzaxverdili və Bayramlı.

Ehtimal olunur ki, zilanlılar hazırda Türkiyənin Van şəhərinin yaxınlığında yerləşən Zilan dərəsi, Zilan vadisi və Zilan çayı ətrafında yaşamışlar. Onların miqrasiya etməsinə tayfalararası qan davası və ya Osmanlı İmperiyasının apardığı savaşların səbəb olması ehtimal edilir. Zilanlılar 1930-40-cı illərə kimi köçəri həyat tərzi yaşamışlar, onların əsas məşğuliyyəti qoyunçuluq olub. Zilanlıların üç yerdə yaşayış məskəni olub. Onlar qış aylarını hazırkı kəndlərində, yaz-payız aylarını Laçın rayonunun Cicimli və Ermənistanın Gorus rayonunun Xınzirək kəndlərinin yaxınlığında, Qoşa günbəz piri yaxınlığında yerləşən yurd yerində, yay aylarını isə indiki Ermənistanın Sisyan rayonu ərazisində yerləşən Salvartı yaylasında keçirərmişlər. Zilanlıda qoyunçuluq o qədər inkişaf etmişmiş ki, kənddə 100-200 baş qoyunu olan adam ən kasıb adam hesab olunurmuş. Zilanlılar SSRİ dövründə də firavan həyat yaşamışlar, belə ki, onlar heyvandarlıq, taxılçılıq, tütünçülük, baramaçılıq, bostançılıq, meyvəçilik, çəltikçiliklə məşğul olaraq yüksək gəlir əldə etmişdilər. Zilanlı kəndi uzun illər Qubadlı rayonunda milyonçu kolxoz adını özündə saxlamışdır. 1980-cı illərdə Zilanlıda hər evdə artıq şəxsi avtomobil vardı.

1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Zilanlını 2020-ci il oktyabrın 23-də Azərbaycan Ordusu erməni tapdağından xilas edib.

Xəbər lenti
0