17:20 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
QARABAĞ
Qısa URL
27 0 0

"Bu, insanlıq xaricində bir vəhşilikdir. Buna hətta necə bir ad verilməsini yaxşı-yaxşı fikirləşmək lazımdır. Mütləq bütün bunlarn hesabı sorulmalıdır"

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. "Bu gün diplomatik korpusun nümayəndələri ilə Cəbrayıl və Zəngilanı ziyarət edəcəyik. Hazırda Cəbrayıldayıq. Azərbaycanın işğaldan azad edilmiş digər bölgələrindən fərqli heç nə yoxdur. Oralarda nə qədər dağıntılar varsa, bura da eyni durumdadır".

Sputnik Azərbaycan bildirir ki, bunları mətbuata açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

"Hazırda olduğumuz məkan da ibrət alınması gərək olan bir yerdir. Ermənilərin şəhərləri dağıtdıqlarını gördük. Hər cür, xüsusən mədəni abidələri dağıtdıqlarını gördük. Burada isə məzarları soyduqlarının, qəbirləri açıb şəhidlərimizin sümüklərinin necə kənara atıldığının şahidi olduq.

Bu, insanlıq xaricində bir vəhşilikdir. Buna hətta necə bir ad verilməsini yaxşı-yaxşı fikirləşmək lazımdır. Mütləq bütün bunlarn hesabı sorulmalıdır", - deyə səfir əlavə edib.

Teqlər:
Türkiyə, səfir, səfər, diplomatik korpus, Azərbaycan, Qarabağ, Cəbrayıl

Əsas mövzular