01:57 27 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
QARABAĞ
Qısa URL
80720

Kifayət qədər sahibkar işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün müraciət edib. Hazırda hökumətdə güzəştlər ilə bağlı təkliflər paketi hazırlanır.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 fevral — Sputnik. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev Qarabağ ərazisində fəaliyyət göstərmək istəyən sahibkarlara orada yaradılacaq parklarda və sənaye məhəllələrində əlavə imtiyazlar verilə biləcəyini deyib. Onun sözlərinə görə, hazırda bu məsələ hazırlanan konsepsiya çərçivəsində müzakirə olunur: "Bu günə 80-nə yaxın yerli sahibkar tərəfindən azad olunan ərazilərdə investisiyanın yatırılması ilə bağlı müraciət daxil olub. Xarici şirkətlərin də bu ərazilərə investisiya yatırması ilə bağlı məsələlər var. Qarabağ bölgəsində yeni alətlər tətbiq olunacaq".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, azad edilmiş ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarlara güzəştlərin edilməsi hökumət tərəfindən hazırlanan konsepsiyada müzakirə edilən məsələlərdəndir: "Bu konsepsiya 4 istiqamət üzrə hazırlanır. Bunlardan biri də sahibkarlara güzəştlərin verilməsidir və bu güzəştlərin həm özəl həm də xarici sahibkarlar üçün olması gözlənilir. Son illərin təcrübəsi göstərir ki, güzəştlər daha çox vergi güzəştləri formasında həyata keçirilir. Təşviq tətbiq edilən ərazilərdə fəaliyyət göstərən sahibkarlar ya aşağı faizli vergi ödəyirlər ya da vergidən azad edilirlər. Bunlar konsepsiyada öz əksini tapacaq".

Onun sözlərinə görə, təşviqin olacağı ilə bağlı artıq rəsmi müzakirələr gedir: "Bu, ondan xəbər verir ki, azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar məhz bu təşviqdən istifadə edə bilərlər. Bu da özəl və xarici investisiyanın cəlb edilməsi baxımından vacibdir. Azad edilmiş ərazilərdə kifayət qədər yerli sahibkarlar, eyni zamanda xarici investorlar sərmayə qoyuluşu həyata keçirmək niyyətindədirlər. Bu, ondan xəbər verir ki, bu ərazilərdə fəaliyyət göstərməyə maraq kifayət qədər yüksəkdir. Maraq yüksək olduğuna görə təşviq də həmin investisiyaların cəlb edilməsinə imkan verəcək".

"Gözlənilir ki, həmin ərazilərdə sahibkarlar üçün geniş miqyaslı təşviq paketi təqdim oluna bilər. Bu da nəticədə azad edilmiş ərazilərdə iqtisadi inkişafın daha qısa müddətdə bərqərar olmasına və intensiv şəkildə bu ərazilərin bərpa və yenidənqurma işlərinin aparılmasına imkan yaradar"-deyə deputat qeyd edib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının mətbuat xidmətinin rəhbəri İlhamə Abdullayeva Sputnik Azərbaycan-a deyib ki, hazırda güzəştlər ilə bağlı hökumətdə təkliflər paketi hazırlanır: "Konfederasiyanın 6 minədək üzvü var. Biz öz üzvlərimizə Qarabağda hansı layihələri həyata keçirmək istədikləri ilə bağlı müraciət etmişik. Bununla bağlı bizdə komissiya var və bu komissiya biznes planları yığaraq artıq hökumətə təqdim edib. Kifayət qədər təkliflər var və burada əksər sektorlar öz əksini tapıb. Xidmət, tikinti, aqrar və s. istiqamətlərdə fəaliyyət göstərmək istəyən sahibkarlar var".

Əsas mövzular