QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya hərbçiləri Qarabağdakı birgə monitorinq mərkəzinə gedirlər - VİDEO

© Photo : Russia Defense MinistryРоссийские военнослужащие приступили к совершению марша в район развертывания совместного российско-турецкого
Российские военнослужащие приступили к совершению марша в район развертывания совместного российско-турецкого - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzinin Ağdam şəhərində yerləşəcəyi deyilsə də, rus hərbçilər Ağcabədi rayonunun Qiyaməddinli kəndinə gedirlər.

BAKI, 30 yanvar — Sputnik. Rusiya hərbçiləri müvafiq texnika ilə Dağlıq Qarabağda bütün hərbi əməliyyatlara və atəşkəsı nəzarət üzrə Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzinin yerləşəcəyi Qiyaməddinli (Ağcabədi rayonu- red.) yaşayış məntəqəsinə doğru marşa başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Rusiyanın Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

Məlumata əsasən Rusiya sülhməramlılarının dislokasiya olduğu Xankəndi şəhərində rus hərbçilər Birgə Mərkəzin strukturunu, vəzifələrini, məqsəd və funksiyalarını, mərkəzin işinin təşkilini, həmçinin ərazilərində tapşırıqları yerinə yetirməli olduqları ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrəniblər.

1/3
Rusiya hərbçiləri Qarabağdakı birgə monitorinq mərkəzinə gedirlər
2/3
Rusiya hərbçiləri Qarabağdakı birgə monitorinq mərkəzinə gedirlər
3/3

Qeyd olunur ki, Rusiya və Türkiyənin bərabər əsasda təmsil olunduğu Birgə Monitorinq Mərkəzinin heyəti vəziyyətin monitorinqi, həmçinin atəşkəsə PUA vasitəsilə nəzarəti yerinə yetirəcək.

Xatırladaq ki, Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdam şəhərində yerləşəcək.

Xəbər lenti
0