20:55 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
QARABAĞ
Qısa URL
30 0 0

Axtarış işinə ölənlərin və itkin düşən hərbçilərin qohumları, həmçinin əraziyə bələd olan döyüşçülər cəlb olunub. Axtarışlar bu gün Cəbrayıl və Füzulidə davam etdirilir. 

BAKI, 24 yanvar - Sputnik. Qarabağda aparılan axtarış işləri zamanı Azərbaycan 30 erməni hərbçinin qalıqlarını Ermənistan tərəfinə təhvil verib.

Sputnik Ermənistan-ın məlumatına görə, hərbçilərin qalıqlarının haradan tapıldığı barədə konkret məlumat verilməyib.   

Qarabağın sabiq qondarma rejiminin nümayəndəsi Hunan Tadevosyan öz Facebook səhifəsində qeyd edib ki, axtarışlar yanvarın 23-də Füzuli və Laçın rayonlarında, eləcə də Suqovuşanda davam etdirilib. 30 hərbi qulluqçunun qalığı şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. 

Tadevosyan qeyd edir ki, əvvəlki günlərlə müqayisədə dünən ən çox ölənin qalıqları tapılıb. Axtarış işinə ölənlərin və itkin düşən hərbçilərin qohumları, həmçinin əraziyə bələd olan döyüşçülər cəlb olunub. Axtarışlar bu gün Cəbrayıl və Füzulidə davam etdirilir. 

Ermənistan tərəfinin bildirdiyinə görə, indiyədək aparılmış axtarış nəticəsində 1281 erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Əsas mövzular