08:26 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
QARABAĞ
Qısa URL
8 0 0

Xatırladaq ki, oktyabrın 20-də Zəngilan şəhəri, 21-də isə rayonun Cahangirbəyli kəndi işğaldan azad olunub.

BAKI, 5 yanvar — Sputnik. Müdafiə Nazirliyi Zəngilan rayonunun Cahangirbəyli kəndindən videogörüntü paylaşıb.

Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Oktyabrın 20-də Zəngilan şəhəri, 21-də isə Cahangirbəyli kəndi erməni işğalçılarından təmizlənib.

Teqlər:
video, işğaldan azad edilmiş ərazilər, Azərbaycan, Zəngilan, Qarabağ

Əsas mövzular