QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İşğaldan azad edilən yaşayış əraziləri yenidən planlanmalıdır - Səbəb təhlükəsizlikdir

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidГадрут, фото из архива
Гадрут, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert qeyd edib ki, əsas məsələ Qarabağda və bütün işğaldan azad olunan zonalarda əraziyə köçüb yaşamaq istəyən şəxsləri sadəcə kompensasiya məqsədilə ev və torpaq əldə etmək istəyən şəxslərdən ayırmaqdır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. Qarabağda əhalisi böyük olan şəhər və qəsəbələrdə mövcud olan ermənilərin sıx yaşadığı yerlərə azərbaycanlıların köçürülməsi risklidir.

Bu barədə Sputnik Azərbaycan-a Rieltorlar Assosiasiyasının İcraçı direktoru, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov danışıb. O bildirib ki, Xankəndidə əhalinin əksər yaşayış yerləri çoxmənzilli binalardır.

Выставка цифровых сейсмографов - Sputnik Azərbaycan
Gələn il Şuşa və Cəbrayılda seysmik stansiyalar quraşdırılacaq

90-cı illərin əvvəlində, statistikaya əsasən, Xankəndidə əhalinin təqribən 20%-ni azərbaycanlılar təşkil edib: "Qeyd edilən əhalinin geri qaytarılmasında riskli tərəflər sıx yaşayış olan çoxmənzilli binalarda ermənilərin dəfələrlə çox olmasıdır. Eyni zamanda geri qayıdacaq şəxslərin az qismi həmin evlərə qayıdarsa, xoşagəlməz hadisələrin olması riskləri var. Ticarət, iaşə, müxtəlif özəl və digər təyinatlı obyektlərin ermənilərə məxsus olması ilk vaxtlar köçən vətəndaşlarımız üçün çətinliklər törədə bilər. Sadalanan riskləri azaltmaq üçün yeni yaşayış kvartalların inşa edilməsi, fiziki köhnəlmiş azmərtəbəli binaların yerində çoxmərtəbəli binalar inşa etməkdir. Şəhərdə yeni sənaye - istehsalat müəssisələri açmaqla, yeni iş və yaşayış yerlərini planlamaq əsas məsələlərdən biri olmalıdır. Yəni vətəndaşlarımızın riskli şəhər və qəsəbələrə tək-tək yox, kütləvi köçürülməsi olmalıdır".

Ekspert qeyd edib ki, əsas məsələ Qarabağda və bütün işğaldan azad olunan zonalarda əraziyə köçüb yaşamaq istəyən şəxsləri sadəcə kompensasiya məqsədilə ev və torpaq əldə etmək istəyən şəxslərdən ayırmaqdır.

"Bəllidir ki, Azərbaycanda urbanizasiya yüksək səviyyədədir. Yəni, kənd və qəsəbə sakinləri əsasən böyük şəhərlərdə yaşamaq və ya birdəfəlik köçməyə üstünlük verirlər. Oxşar tendensiya təkrarlanarsa, dövlət lüzumsuz böyük itkilərlə üzləşəcək. Ən səmərəli yanaşma əraziyə köçüb yaşamaq istəməyən şəxslərə evin tikintisi, təmiri və təchizatı üçün nəzərdə tutulan məsrəflərin bir hissəsini kompensasiya məqsədləri ilə nəğd şəkildə ödəməkdən ibarətdir. Yəni bu yanaşma ilə dövlət minlərlə evin inşası üçün məsrəf olunacaq vəsaitə qənaət edəcək, həmçinin şəhər və qəsəbələrin salınmasında tələb edilən çoxmilyonluq sərmayə infrastruktur xərclərini xeyli azaldacaq", - deyə ekspert əlavə edib.

Вышка командно-диспетчерского пункта аэродрома аэропорта в населённом пункте Ходжалы, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Xankəndi limanı: Sülhməramlıdan mülki təyinatadək

E.Azadovun fikrincə, zərərçəkən ailələrə bərabər kompensasiyaların verilməsində problemlər yarana bilər. Evlərin əksər hissəsinin müxtəlif ölçüdə, təmirdə, torpaq sahəsində və ya uzaq yerlərdə olması qeyri-bərabər yanaşmaya səbəb olur: "Məsələn, işğaldan öncə hər hansı bir çoxuşaqlı ailə kiçik evdə yaşayıbsa, 30 il sonra həmin ailəyə məxsus ev bərpa edilib ailəyə təhvil verilərkən məcburi köçkün statusu əlindən alınır. Bunun nəticəsində ailənin ayrı-ayrı üzvləri (artıq 30 il ərzində özləri ailələr yaratmış uşaqlar) zamanla zəbt etdikləri yataqxana və digər yerləri boşaltmaq məcburiyyətində qalacaqlar".

Ekspert qeyd edib ki, zamanla işğaldan azad olunan ərazidə kiçik evdə yaşayan ailəyə bərabər kompensasiya verilsə, o zaman bərabərlik təmin ediləcək (hər məcburi köçkün ailəsinə bir ev). Lakin məcburi köçkünlər üçün kompensasiyaların bu şəkildə təmin olunması təsdiqlənərsə, inşa ediləcək evlərin sayı 3-4 dəfə artacaq.

İşğaldan azad edilən bütün yaşayış əraziləri yenidən planlanmalıdır. "İşğaldan azad edilən ərazilərdə mövcud olan evlərin əvvəlki sahiblərinə qaytarılması, bərpa olunması, sənədləşməsi formatı müəyyən edilməlidir. Əsas məqamlar bərabərliyin və şəffaflığın təmin edilməsidir ki, prossesləri təşkil edən şəxslər vəziyyətdən sui-istifadə edə bilməsinlər", - deyə ekspert bildirib.

Xəbər lenti
0