13:08 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
QARABAĞ
Qısa URL
12711

Zabil Babayev xəstəxanaya çatdırılıb. Lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, o, aldığı xəsarətlərdən vəfat edib.

BAKI, 1 yanvar - Sputnik. Bu gün Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşərək ayaqları amputasiya olunmuş şəxs vəfat edib. 

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib.

1 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşüb və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb. Zabil Babayev xəstəxanaya çatdırılıb. Lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, o, aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edək ki, bu hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən birgə açıqlama yayılıb. 

Orada qeyd olunur ki, dövlət qurumları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşlar postlardan yayınaraq işğaldan azad olunmuş ərazilərə daxil olur və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsi riskinə məruz qalırlar.

"Xüsusi ilə qeyd edilməlidir ki, hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı həyata keçirilir. Baş Prokurorluq, DİN və ANAMA bir daha əhaliyə xəbərdarlıq edərək, xüsusi icazə olmadan işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir", - deyə birgə açıqlamada bildirilir. 

Əsas mövzular