07:56 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
QARABAĞ
Qısa URL
10620

Osman Girgin Şuşanı fəth edən hərbçilərimizin keçdiyi yollardan şəhərə qalxır və öz təbiri ilə desək, 10 milyon azərbaycanlının olmaq istədiyi yerə - Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı, "Şuşa" yazısının yanına çatır.

BAKI, 31 dekabr - Sputnik. "Azərbaycana ilk dəfə gələn birinin ilk eşitdiyi kəlmələrdən biri Şuşadır. Bu, sadəcə bir şəhərin deyil, bir həsrətin adıdır".

Sputnik Azərbaycan bildirir ki, bu sözləri 2020-ci ilin son günü Şuşaya gedən Türkiyənin HaberGlobal telekanalının artıq Azərbaycanda da sevilən jurnalisti Osman Girgin Qarabağın baş tacından hazırladığı videoreportajda səsləndirir.  

Türkiyə TV-sinin heyəti Füzulidən, Hadrutdan Şuşaya gedən yolda erməni vandalizminin izlərini lentə alaraq izləyiciləri ilə paylaşıb. Osman Girgin Şuşanı fəth edən hərbçilərimizin keçdiyi yollardan şəhərə qalxır və öz təbiri ilə desək, 10 milyon azərbaycanlının olmaq istədiyi yerə - Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı, "Şuşa" yazısının yanına çatır.

Teqlər:
reportaj, video, Osman Girgin, HaberGlobal, tv, Türkiyə, Azərbaycan, Qarabağ, Şuşa

Əsas mövzular