CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətən müharibəsində iştirak etmiş FHN işçiləri medallarla təltif ediliblər

© Sputnik / Rahim MuradovЭмблема МЧС, фото из архива
Эмблема МЧС, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralıların tezliklə sağalmasını arzu edirik!

BAKI, 30 dekabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşları torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar əməliyyatlar çərçivəsində fövqəladə halların, o cümlədən düşmənin mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların qarşısının alınması, nəticələrinin çevik aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi, təxliyəsi, döyüş bölgəsində yaşayan insanların gündəlik təminatı, habelə digər istiqamətlərdə xidməti vəzifələrini ləyaqətlə yerinə yetirməsi ilə yanaşı, həm də mülki vəzifələrdə olan işçilərindən də Azərbaycan Ordusunun tərkibində döyüşlərdə bilavasitə iştirak edən, şərəfli döyüş yolu keçənlər olub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə həmin əməkdaşlar sırasından Vətən müharibəsində göstərdikləri şücaətə görə Cəfərov Sadiq Əliağa oğlu "Cəbrayılın azad olunmasına görə" medalı ilə, Sadıqov Nail Novruz oğlu "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə, Ağayev Fəxri Ağarza oğlu "Suqovuşanın azad olunmasına görə" medalı ilə və Vəliyev Yasin Fəyaz oğlu "Ağdamın azad olunmasına görə" medalı ilə təltif ediliblər.

Onu da qeyd edək ki, mənfur Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrimizi intensiv mərmi və raket atəşlərinə məruz qoyması nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Şəfiyev Rəşad Vaqif oğlu şəhid olub.

Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralıların tezliklə sağalmasını arzu edirik!

Qarabağ Azərbaycandır!

Xəbər lenti
0