17:50 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
QARABAĞ
Qısa URL
6610

Oktyabrın 4-də Cəbrayıl şəhəri, 23-də isə Cəbrayıl rayonunun Nüsüs kəndi erməni işğalçılarından təmizlənib

BAKI, 29 dekabr — Sputnik. Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl rayonunun Nüsüs kəndindən videoreportaj hazırlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Oktyabrın 4-də Cəbrayıl şəhəri, 5-də isə Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndləri erməni işğalçılarından təmizlənib.

Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, işğaldan azad edilmiş ərazilər, kənd, Azərbaycan, Qarabağ, Cəbrayıl

Əsas mövzular