16:09 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
QARABAĞ
Qısa URL
588050

Ekspert: Ən səmərəli yanaşma həmin vəsaitlə yeni binalar inşa etmək, onların altındakı ticarət və iaşə obyektləri Azərbaycan vətəndaşlarına satmaqla investisiyaların bir qismini bərpa etməkdir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. Son vaxtlar Ermənilərin Xankəndi və Qarabağda digər yaşadıqları ərazilərdə evlərinin satışa çıxarılması müşahidə olunur. Qiymətlərə nəzər salsaq bazar dəyərindən yüksək olduğu görünür.

Rieltorlar Assosiasiyasının İcraçı direktoru Daşınmaz Əmlak və İnşaat üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ermənilərin evlərini satışa çıxarmaq məqsədi bəllidir, onlar artıq Azərbaycan ərazisində yaşayırlar və zamanla azərbaycanlılarla birgə yaşamaq məcburiyyətində qalacaqlar. Bu baxımdan özlərini hər hansı risklərdən qorumaq üçün indidən evlərini satışa çıxarıblar. Risklərdən biri də indidən sonra Qarabağda yaşamaq statusu olmayan şəxslərin orada yaşamaq hüququndan məhrum edilməsidir. Belə şəxlərin sayı isə az deyil.

Ekspert qeyd edib ki, 90-cı illərin əvvəlində olan statistikanı hazırkı statistika ilə müqayisə etsək, o zaman Dağlıq Qarabağ Muxtar Vilayətində 190 min əhalinin yaşadığını, onlardan 145 mininin erməni, 45 minə yaxınının isə azərbaycanlı olduğunu görərik:

"Xankəndi şəhərindəki əhalinin 50 minə yaxın hissəsini erməni, 12 min nəfərdən çox hissəsini isə azərbaycanlılar təşkil edib. Onlar 1992-ci ilə kimi həmin ərazidən köçüblər. Müharibə dövründə çoxlu sayda (təqribən 20 min nəfər) erməni Ermənistana və digər ölkələrə köçsə də, 1996-cı ildən etibarən diasporanın dəstəyi ilə dünyanın müxtəlif ölkələrindən ermənilərin Qarabağa köçürülməsi başlanıb. Ermənilərin köçürülməsi nəticəsində Qarabağda yaşayan erməni əhalisi 25 ilə yaxın vaxtda 125 mindən rəsmi 150 minə kimi yüksəlib. Qeyri-rəsmi məlumatlara əsasən, 20 minə yaxın şəxs qeydiyyata düşmədən ərazidə məskunlaşıb. Təxmini rəqəmlərə istinadən bəlli olur ki, 2020-ci ildə Qarabağ ərazisində 170 min erməni yaşayıb, 1992-ci ildə qeydiyyatda olan şəxslərin bir qismi köçəndən sonra rəsmi qeydiyyatda qalan şəxslərin sayı 125 minə qədər azalıb, onlardan təqribən 10 min nəfərinin dünyasını dəyişdiyini ehtimal etsək, 110-115 min şəxsin Qarabağda yaşamaq hüququ olduğunu hesab etmək olar. Qeyd edilən rəqəmləri əsas götürərək gələcək işlərin planlarını və risklərini təhlil etmək mümkündür".

E.Azadovun fikrincə, 100 mindən çox erməninin Qarabağda yaşamaq statusu olması kiçik rəqəm deyil. Onlardan son illər ərzində 50 mindən çox şəxsin Xankəndində yaşaması qeydə alınıb. Beləliklə, Xankəndində və Qarabağ ərazisində 100 mindən çox erməninin yaşamaq hüququ olacaq. Onlara məxsus evlərin sayı 20-22 min arasında dəyişə bilər. Qalan 50-60 min sonradan köçən yaşamaq hüququ olmayan şəxslərə məxsus 11-12 min ev boşaldılmalıdır.

Mütəxəssis bildirir ki, hazırda Xankəndi və Qarabağ ərazisində yaşayan ermənilərdən ən çox yaşamaq və əmlak itirmək riski olan, yaşamaq hüququ olmayan həmin 50-60 min nəfər 20 mindən çox ailədir. Həmin ailələr daha çox evlərini satışa çıxarırlar. Rəsmi yaşamaq hüququ olan ermənilər də azərbaycanılarla birgə yaşamaq istəmədikləri, öz vətənlərinə qayıtmağa üstünlük verdikləri üçün satışa çıxan evlərin sayının tədricən artması gözlənilir.

E.Azadov qeyd edib ki, son ay ərzində ermənilərin çoxlu sayda və yüksək qiymətlə evlərini satışa çıxarmasında məntiqli əsas yoxdur. Azərbaycan vətəndaşları və hökuməti tərəfindən bu evlərin alınması maraqlı deyil. Çünki heç bir hüquqi baza yoxdur.

"Öncə işğaldan azad edilən zonada bütün tikili, əmlak və torpaqların reyestrə alınması prosesi bitməlidir. Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən qeydə alınan siyahılar və verilən mülkiyyət sənədləri bizim hüquqi normativ sənədlərlə əvəz olunmalıdır. Eyni zamanda ərazidə yaşamaq statusu olan, onlardan Azərbaycan vətəndaşlığını qəbul edəcək şəxslərin siyahısı bəlli olmalıdır. Bunların içində vətəndaşlıq qəbul etmək istəməyən şəxslərə qondarma hökumət tərəfindən mülkiyyət hüquqların hansı müstəvidə həll olmasına baxılacaq. Onların xeyrinə həll olmadığı halda bu kateqoriyaya aid şəxslərin əmlakları Qarabağda yaşamaq statusu olmayan şəxslərin əmlakı kimi Azərbaycan dövlətinin mülkiyyətinə keçəcək", – deyən Azadov hesab edir ki, həmin evlərin məcburi köçkün ailələrinə verilməsi məsələsi perspektivlidir.

Ekspert hesab edir ki, ermənilərin satdığı evlərin dövlət hesabına alınıb məcburi köçkünlərə verilməsi məqsədəuyğun deyil. Buna səbəb odur ki, 11-12 min yaşamaq statusu olmayan ermənilərə məxsus evlər zamanla Azərbaycan hökumətinin əmlakı olacaq. Həmin əmlaklar əraziyə köçməyə tələsməyən şəxslərə zamanla verilə bilər və ya digər məqsədlərlə iqtisadiyyatın inkişafı proqramında maraqlı olan sosial kreditlər əsasında vətəndaşlara, həmçinin fiziki şəxslərə perspektivdə satıla bilər. Digər yaşamaq statusu olan ermənilərə məxsus 20-22 min evlər satışa çıxarsa, dövlət tərəfindən alınması yalnız sərfəli qiymətlərlə məqsədəuyğun ola bilər.

Lakin bu halda erməni vətəndaşları onlara qarşı Azərbaycan hökumətini qeyri-humanist yanaşmada ittiham edə bilərlər. Həmçinin köhnəlmiş və aşınmış evləri, mənzilləri bazar dəyərinə yaxın qiymətə almaq iqtisadi baxımdan düzgün deyil. Ən səmərəli yanaşma həmin vəsaitlə yeni binalar inşa etmək, onların altındakı ticarət və iaşə obyektlərini Azərbaycan vətəndaşlarına satmaqla investisiyaların bir qismini bərpa etməkdir.

Teqlər:
Xankəndi, Qarabağ, Ermənistan

Əsas mövzular