17:50 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
QARABAĞ
Qısa URL
12 0 0

Fasiləsiz işin təşkili məqsədilə müəssisə fərdi generatorla, su sistemi ilə təmin olunub. Tələbatın artacağı təqdirdə istehsalın həcminin və məhsul çeşidinin artırılması, yeni iş yerlərinin açılması nəzərdə tutulur.

BAKI, 21 dekabr — Sputnik. "Sumqayıt-Çörək" ASC İqtisadiyyat Nazirliyinin dəstəyi ilə mədəniyyət beşiyi hesab olunan Şuşada ilk istehsal müəssisəsi – çörək istehsalı sahəsi açıb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, 20 gün ərzində təşkil edilmiş müəssisə gündəlik olaraq 2 çeşiddə 5 min ədəd çörək istehsal edir. İstehsal sahəsində 10 nəfər işlə təmin olunub. Müəssisə bölgədə xidmət aparan əsgər və zabitlərimizi çörəklə təmin edir. Fasiləsiz işin təşkili məqsədilə müəssisə fərdi generatorla, su sistemi ilə təmin olunub. Tələbatın artacağı təqdirdə istehsalın həcminin və məhsul çeşidinin artırılması, yeni iş yerlərinin açılması nəzərdə tutulur.

Əsas mövzular