16:31 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
QARABAĞ
Qısa URL
36 0 0

Abidə vaxtilə Füzuli şəhərinin mərkəzində ucaldılıb. Heykəl parçalanaraq hissələrə ayrılıb, tamamilə yararsız haldadır. Heykəlin yerləşdiyi parkın ərazisi cəngəlliyə çevrilib.

BAKI, 19 dekabr — Sputnik. Füzuli şəhərinin mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış abidə aşkar edilib.

Sputnik Azərbaycan xəbər verir ki, APA-nın Qarabağa ezam olunmuş əməkdaşları abidəni dağılmış vəziyyətdə tapıblar.

© Photo : APA
Məhəmməd Füzulinin heykəlinin qalıqları

Abidə vaxtilə Füzuli şəhərinin mərkəzində ucaldılıb. Heykəl parçalanaraq hissələrə ayrılıb, tamamilə yararsız haldadır. Heykəlin yerləşdiyi parkın ərazisi cəngəlliyə çevrilib.

Xatırladaq ki, heykəl 1970-ci ildə qoyulub.

Məhəmməd Füzulinin Füzulidə heykəli (əvvəllər)

Qeyd edək ki, Füzuli rayonu və şəhəri 27 il sonra işğaldan azad edilib. Bu müddət ərzində erməni işğalçıları rayonda evləri, sosial-məişət obyektlərini, mədəniyyət və tarixi abidələri yertlə-yeksan ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhəri işğaldan azad olunduqdan sonra bildirmişdir ki, orada Azərbaycan bayrağının sancılması üçün bir bina belə tapılmayıb.

Əsas mövzular