17:02 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
QARABAĞ
Qısa URL
12 0 0

Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Minbaşılı kəndindən videogörüntülər paylaşıb.

BAKI, 19 dekabr — Sputnik. Azərbaycanın Müdafiə Nazirliyi ənənəsinə sadiq qalaraq işğaldan azad edilmiş kəndlərin videogörüntülərini yayır. Bu dəfə Cəbrayıl rayonunun Minbaşılı kəndindən videogörüntülər ictimaiyyətə təqdim edilib. Sputnik Azərbaycan Nazirliyin saytına istinadla həmin görüntüləri paylaşır:

Qeyd edək ki, Minbaşılı kəndi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 23 oktyabırında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Minbaşlı düzənlik ərazidə yerləşir. XIX əsrdə kənd Köhnəqışlaq adlandırılan sahədə bir neçə oymaqdan ibarət olub. Sonralar Parayataq adlı indiki yerə köçüb. Kənddə iki nəsil olub: minbaşılılar və cəfəralılar. Kənd minbaşılı nəslinin adını daşıyır.

Teqlər:
Cəbrayıl rayonu, Müdafiə Nazirliyi

Əsas mövzular