07:49 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
QARABAĞ
Qısa URL
15410

Bildirilir ki, hərbçiyə operativ surətdə tibbi yardım göstərilsə də, hospitala aparılarkən aldığı yaralardan keçinib.

BAKI, 18 dekabr - Sputnik. Rusiya minatəmizləyən qrupunun zabiti Şuşada minaya düşərək həlak olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

"Şuşa yaşayış məntəqəsində yolun bir hissəsinin minadan təmizlənməsi zamanı partlayış baş verib. Nəticədə Beynəlxalq Minaəleyhinə Mərkəzin minatəmizləmə qrupunun zabiti ağır yaralanıb", - məlumatda deyilir.

Bildirilir ki, hərbçiyə operativ surətdə tibbi yardım göstərilsə də, hospitala aparılarkən aldığı yaralardan keçinib.

MN-dən bildiriblər ki, həlak olan hərbçinin ailəsinə hər cür yardım və dəstək göstəriləcək.

 

Teqlər:
Rusiya Müdafiə Nazirliyi, həlak, mina, zabit, rus, Azərbaycan, Şuşa

Əsas mövzular