08:28 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
QARABAĞ
Qısa URL
34 0 0

Sentyabrın 27-də Azərbaycan ordusunun əks-hücum əməliyyatları ilə başlayan 44 günlük Vətən müharibəsində "Azərişığ"ın 293 əməkdaşı iştirak edib.

BAKI, 16 dekabr — Sputnik. Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsində iştirak edən 3 061 hərbi qulluqçunun "Vətən uğrunda" medalı ilə təltif edilməsi ilə bağlı sərəncama əsasən, təltif edilənlər arasında "Azərişıq" ASC-nin 5 əməkdaşı var.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qurumun açıqlamasında bildirilir. "Ali Baş Komandanımızın qiymətləndirdiyi şəhid əməkdaşlarımız İbrahimov Atiq Ariz oğlu, Məmmədov Murad Yusif oğlu, Həbibi Şəhriyar Vidadi oğlu, Həsənli Elçin Vaqif oğlu və Hüseynli Əliheydar Səlahəddin oğludur. Məlum sərəncamı müzəffər Ali Baş Komandanımızın şəhidlərin ruhuna hörmət və ehtiramın parlaq ifadəsidir. Çoxminlik "Azərişıq" ailəsi adından bu nəcib əməllərinə görə ölkə prezidentinə təşəkkür edirik", - açıqlamada qeyd olunub.

© Azerishiq Open Joint Stock Company
"Azərişıq" ASC-nin Vətən müharibəsində şəhid olan əməkdaşlarının fotoları

Xatırladaq ki, sentyabrın 27-də Azərbaycan ordusunun əks-hücum əməliyyatları ilə başlayan 44 günlük Vətən müharibəsində "Azərişığ"ın 293 əməkdaşı iştirak edib. Onlardan 5-i şəhidlik zirvəsinə yüksəlib, 23-ü isə yaralanıb.

Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyevə, prezident İlham Əliyev, şəhid, şəhidlər, "Azərişıq", Azərişıq, "Azərişıq" ASC

Əsas mövzular