16:14 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
QARABAĞ
Qısa URL
10410

Murovdağ, Hadrut istiqamətindəki döyüşlərdə də yaxından iştirak edən Xudayar oktyabrın 20-də Zəngilan istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Ondan geriyə qalan isə qəhrəmanlıqları barədə xatirələr, gözəl səsi və üzündə donan təbəssümü oldu.

BAKI, 15 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçularını ordenlə təltif edib.

Sputnik Azərbaycan bildirir ki, Prezidentin imzaladığı Sərəncamla təltif olunanlar arasında kiçik gizir Yusifzadə Xudayar Müslüm oğlu da var. O, “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. 

Xudayarı hər kəs döyüşdən əvvəl oxuduğu, indi "Xudayar təsnifi" adlandırılan "Vətən yaxşıdır" təsnifi ilə tanıdı. Murovdağ, Hadrut istiqamətindəki döyüşlərdə də yaxından iştirak edən Xudayar oktyabrın 20-də Zəngilan istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Ondan geriyə qalan isə qəhrəmanlıqları barədə xatirələr, gözəl səsi və üzündə donan təbəssümü oldu. 

Qeyd edək ki, hərbçilərimiz “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli “Rəşadət” ordeni, 1-ci, 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar.

Teqlər:
Prezident İlham Əliyev, orden, təltif, şəhid, Xudayar Yusifzadə

Əsas mövzular