QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya MN: Dağlıq Qarabağda atəşkəs pozulub

CC0 / WikiImages / bulletQarabağ atəşkəs əsgər ordu
Qarabağ atəşkəs əsgər ordu - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyi bildirib ki, dekabrın 11-də Hadrut bölgəsində atəşkəs rejiminin pozulması hadisəsi qeydə alınıb

BAKI, 12 dekabr - Sputnik. Hərbi əməliyyatların bitməsindən və bölgədə Rusiya sülhməramlılarının əməliyyatının başlanmasından bəri Dağlıq Qarabağda ilk dəfə atəşkəs pozulub.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən verdiyi məlumata əsasən, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

“Rusiya sülhməramlı qüvvələri kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. İyirmi üç müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. 11 dekabrda Hadrut bölgəsində atəşkəs rejiminin pozulması hadisəsi qeydə alınıb​​", - açıqlamada deyilir.

Xəbər lenti
0