15:43 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
QARABAĞ
Qısa URL
26 0 0

Rusiya sülhməramlıları müşahidə postlarını "Blokpost" fortifikasiya istehkamları ilə təchiz ediblər. Bu istehkam qurğuları hərbçiləri atıcı silahlar və qəlpələrdən qorumaq, həmçinin yaxınlıqdakı ərazini dairəvi müşahidə etmək imkanı verir

BAKI, 12 dekabr — Sputnik. Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları müşahidə məntəqələrini atəşlərdən və qəlpələrdən qorumaq, həmçinin yaxınlıqdakı əraziləri izləmək üçün istehkamlarla təchiz edib. Bu barədə Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Rusiya sülhməramlıları müşahidə postlarını "Blokpost" fortifikasiya istehkamları ilə təchiz ediblər. Bu istehkam qurğuları hərbçiləri atıcı silahlar və qəlpələrdən qorumaq, həmçinin yaxınlıqdakı ərazini dairəvi müşahidə etmək imkanı verir", - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, postun iki yeni infrastrukturu iki yaşayış modulundan, yemək hazırlamaq üçün blok moduldan, eyni zamanda daimi elektrik enerjisi verən nəqliyyat və texnoloji moduldan ibarətdir. Bütün modullarda məişət texnikası, elektrik cihazları, istilik və kondisioner sistemləri ilə təchiz olunub.

Teqlər:
Rusiya Müdafiə Nazirliyi, post, Dağlıq Qarabağ, sülhməramlılar

Əsas mövzular