QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan və Türkiyə prezidentləri Şuşaya səfər edəcəklər

© AR Ministry of DefenceŞuşa şəhərindən görüntü
Şuşa şəhərindən görüntü - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: “Yollar çəkiləndən sonra Şuşaya gedək. Şuşada bərabər olaq dedik. Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə görmək bizim üçün eşqdir”.

BAKI, 10 dekabr - Sputnik. “Biz danışdıq ki, Türkiyə şirkətlərinin inşa edəcəyi avtomobil yolu hazırlanandan sonra bərabər Şuşa şəhərinə gedəcəyik”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatı zamanı söyləyib.

“Bir daha qardaş Türkiyə xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz Türkiyədən böyük dəstək, həmrəylik gördük. Təkcə siyasətçilər yox, Prezident başda olmaqla, bütün nazirlər, Türkiyə Böyük Millət Məclisi, eyni zamanda ictimai fəallar, mətbuat mənsubları – onlar öz həyatlarını risk altına ataraq gecə-gündüz döyüş bölgələrindən reportajlar hazırlayırlar. Məhz bu reportajlar vasitəsilə dünyada gedən proseslərdən xəbər tuturdu. Türkiyədə bizim qələbəmizə bizim qədər sevinən bacı-qardaşlarımıza salamımı çatdırır, dərin təşəkkürümü bildirirəm. Biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir”, - o qeyd edib.

“Yollar çəkiləndən sonra Şuşaya gedək. Şuşada bərabər olaq dedik. Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə görmək bizim üçün eşqdir”.

Bunu isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Şəhidlərimizin ruhlarını da şad edək. Şəhidlərimiz bir şeyə inanaraq şəhid oldular”, - o qeyd edib.

Xəbər lenti
0