18:11 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
QARABAĞ
Qısa URL
21 0 0

Anar Kərimov: "Mədəniyyət sahəsində çalışan və qəhrəmancasına şəhid olan 6 igidimizi tanıyaq! Ruhları qarşısında baş əyirik! Onların əziz xatirələrini hər zaman yaşadacağıq. Allah rəhmət eləsin!"

BAKI, 9 dekabr — Sputnik. Vətən müharibəsində şəhid olanlar arasında 6 mədəniyyət işçisi də var.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov özünün "Twitter" hesabında yazıb.

​"Mədəniyyət sahəsində çalışan və qəhrəmancasına şəhid olan 6 igidimizi tanıyaq! Ruhları qarşısında baş əyirik! Onların əziz xatirələrini hər zaman yaşadacağıq. Allah rəhmət eləsin! #ŞəhidlərölməzVətənbölünməz", - deyə o qeyd edib.

Mədəniyyət Nazirliyinin məlumatına görə, şəhid olan mədəniyyət işçiləri Füzuli rayon 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev, Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev, Gəncə şəhər Nizami Məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov, Göyçay şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Alim Səhrab oğlu İbrahimov, Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətovdur.

Qeyd edək ki, ümumilikdə 65 nəfər mədəniyyət işçisi Vətən müharibəsində iştirak edib. Onlardan 6 nəfəri döyüşlərdə yaralanaraq savaşdan qazi kimi dönüb.

Əsas mövzular