04:42 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
QARABAĞ
Qısa URL
22 0 0

"Biz Prezident Putinin təşəbbüsü ilə humanitar mərkəzin yaradılması ilə bağlı olan məsələlər barədə danışmışıq" - Lavrov

BAKI, 7 dekabr — Sputnik. Dağlıq Qarabağ üzrə humanitar reaksiya mərkəzinin yaradılmasının praktiki aspektləri müzakirə olunur. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz Prezident Putinin təşəbbüsü ilə humanitar mərkəzin yaradılması ilə bağlı olan məsələlər barədə danışmışıq. Biz bu mərkəzi Ermənistan və Azərbaycanın iştirakı ilə beynəlxalq etməyi təklif etmişik. Hazırda bu cür təşəbbüsün praktiki məsələləri müzakirə olunur. Rusiyanın nazirliklərinin və qurumların əksəriyyəti onun reallaşdırılmasında iştirak edəcək", - deyə Lavrov erməni həmkarı ilə danışıqları zamanı bildirib.

Teqlər:
Qarabağ, Vladimir Putin, Putin, Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya XİN rəhbəri Sergey Lavrov, Sergey Lavrov

Əsas mövzular