18:51 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
QARABAĞ
Qısa URL
29 0 0

"Bu razılaşmanın müddəalarına əməl etmək üçün rus hərbçiləri, eləcə də yalnız hərbçilərdən ibarət olmayan Rusiya humanitar missiyası öz hərəkətlərini həm azərbaycanlılarla, həm də ermənilərlə koordinasiya edir" - Peskov

BAKI, 4 dekabr — Sputnik. Qarabağda əsas ölkə anlayışı yoxdur, iki münaqişə edən dövlət və Rusiya, Azərbaycan, Ermənistan liderlərinin birgə razılaşması var. Rusiya öz hərəkətlərini hər iki tərəflə də koordinasiya edir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin sözçüsü Dmitri Peskov bəyan edib.

"Orada (Qarabağda – red.) əsas ölkə yoxdur, iki münaqişə edən tərəf var – bunlar Azərbaycan və Ermənistandır. Bu ölkələr Rusiya ilə birlikdə Putin, Əliyev və Paşinyanın məşhur razılaşmasını imzalayıblar. Bu razılaşmanın müddəalarına əməl etmək üçün rus hərbçiləri, eləcə də yalnız hərbçilərdən ibarət olmayan Rusiya humanitar missiyası öz hərəkətlərini həm azərbaycanlılarla, həm də ermənilərlə koordinasiya edir", – deyə Peskov bildirib.

Peskov həmçinin Rusiyanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini dəyişmədiyini deyib. O qeyd edib ki, bu ərazinin kimə məxsusuluğu çoxdan BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən olunub.

"Ərazinin məxsusluğu Təhülkəsizlik Şurasının müvafiq qətnamaləri ilə müəyyən edilib. Rusiya heç nəyi dəyişməyib. Heç bir digər ölkə dəyişməyib. Putin də bildirib ki, Qarabağ tanınmayıb. Heç Ermənistan da onu tanımayıb. Bunu Putin bildirib", -deyə Peskov əlavə edib.

Teqlər:
Dağlıq Qarabağın statusu, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Vladimir Putinin köməkçisi Dmitri Peskov, Dmitri Peskov

Əsas mövzular