QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiyanın Dağlıq Qarabağda möhkəmlənməsini daha kim istəmir?

© AFP 2023 / JONATHAN NACKSTRANDСовместные учения НАТО Trident Juncture 2018 (Единый трезубец) в Норвегии
Совместные учения НАТО Trident Juncture 2018 (Единый трезубец) в Норвегии - Sputnik Azərbaycan
Abunə olmaq
"Dağlıq Qarabağ müharibəsi və Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi alyansın diqqətindən kənarda qalmayıb. Bu ərazi NATO-nun öz maraq dairəsi hesab etdiyi Qara dənizdən çox da uzaqda deyil".

BAKI, 3 dekabr — Sputnik, Qaliya İbrahimova. Co Baydenin Ağ Evə köçməyə hazırlaşdığı bir vaxtda Şimali Atlantika alyansı islahatlara başlamaq niyyətindədir. Qurumun bir gün əvvəl başa çatan sammitində xarici işlər nazirləri təşkilatın əsas prinsiplərini yenidən nəzərdən keçirdi. Ancaq əsas problemlər dəyişməz qaldı – Rusiya və Çin.

RİA Novosti NATO-nun "Rusiya təhdidi"nin qarşısını hansı yollarla alacağını araşdırıb.

NATO-nun böhranlara uyğunlaşdırılması

Министр иностранных дел Турции Мевлют Чавушоглу  - Sputnik Azərbaycan
Çavuşoğlu: Qarabağ üzrə razılaşma Türkiyə-Ermənistan əlaqələrinə müsbət təsir edə bilər

Yens Stoltenberq xarici işlər nazirləri ilə video formatda keçirilən görüşə çox diqqətlə hazırlaşmışdı. Nazirlər səviyyəsində görüş ilin əvvəlindən planlaşdırılan sammitdən öncə baş tutan sonuncu tədbir oldu. Gündəliyi əvvəlcədən müəyyənləşdirmək və yığılıb qalmış məsələləri müzakirə etmək – iştirakçıların gözlənilməz çıxışlarından sığortalanmaq deməkdir. Üstəlik, bunun üçün presedent də var idi. Məsələn, keçənilki toplantı ərəfəsində Emmanuel Makron "NATO-da beyin ölümü baş verir", – deyə bəyan etmişdi. Və bu, müzakirənin istiqamətini dəyişərək bütün planları alt-üst etmişdi. Bundan sonra alyans üzvləri Fransa liderinə və özlərinə NATO daxilində hər şeyin normal olduğunu sübut etmək üçün yarışa girmişdilər.

Donald Tramp isə transatlantik həmrəyliyin əsas skeptiki olaraq qaldı. O, Rusiya Çin və İranın qarşısını almağın vacibliyi ilə bağlı mülahizələrə cavab olaraq bildirdi ki, əvvəlcə müdafiəyə ayrılan vəsaiti artırmaq lazımdır. Tramp bu fikirdədir ki, xarici təhdidlərə qarşı mübarizənin Amerikanın hərbi potensialı hesabına aparılması qeyri-rasional yanaşmadır.

Beləliklə, növbəti sammitdə ABŞ-ı Co Bayden təmsil edəcək və alyansın baş katibliyi əvvəlki "normal" vəziyyətə qayıtmağa ümid edir. Stoltenberq bunu deyəndə amerikalıların blok üzvləri ilə hərbi-siyasi ittifaqın vacibliyini təsdiqləyəcəklərini nəzərdə tutur. Baş katib inandırıcı olmaq üçün sammitdən əvvəl təşkilat daxilindəki problemləri öyrənmək, həlli yollarını göstərmək və yaxın on il üçün vəzifələri müəyyənləşdirmək məqsədi ilə analitiklərə müraciət etdi. Aparılan araşdırma "NATO-2030" başlıqlı bir hesabatla rəsmiləşdirildi.

Визит делегации РФ в Азербайджан - Sputnik Azərbaycan
QARABAĞ
Lavrov: "Moskva Qarabağ nizamlanmasında ATƏT-dən böyük dəstək gözləyir"

Beləliklə, videoformatda keçirilən görüşün bütün iştirakçıları, o cümlədən də Fransa alyansı "beyin ölümü" təhlükəsinin gözləmədiyini etiraf etdilər. Bununla belə, qeyd etdilər ki, NATO-da islahatlara ehtiyac var.

"Qurumu yeni beynəlxalq şəraitə uyğunlaşdırmaq lazımdır. Böhranlı vəziyyətlərdə NATO təməl prinsiplərinin pozulması bahasına olsa da, operativ və birgə hərəkət etməlidir", – deyə sənəddə bildirilir.

Hesabat müəlliflərinin fikrincə, ilk növbədə veto hüququ məsələsinə yenidən baxılmalıdır: Hazırda bu hüquqdan NATO-nun bütün üzvləri bərabər şəkildə istifadə edir. "Əgər yekdilliklə səsvermə məhdudlaşdırılarsa, ittifaq daxilindəki gərginlik azalar", – deyə sənəd müəllifləri bildirirlər. Bu, yenilikçi fikir hesab olunsa da, heç də bütün xarici işlər nazirləri onunla razılaşmadı.

Yenə "Moskvanın əli"

Xarici təhdidlərlə bağlı məsələdə isə bütün iştirakçılar ortaq mövqe nümayiş etdirdilər: Rusiya və Çin transatlantik təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır.

"Moskva nüvə arsenalını modernləşdirir və Uzaq Şimaldan Suriya və Liviyaya yeni raketlər yerləşdirir. Belarus və Dağlıq Qarabağdakı böhranlar nəticəsində Rusiyanın təsir etmə imkanı bir az da artdı", – deyə Stoltenberq vurğulayıb.

"Kreml keçmiş Sovet respublikaları üzərində hegemonluğa can atır və onların suverenliyini pozur. NATO-nun yenidən daim aqressiv Rusiya ilə rəqabət apardığı mühitə uyğunlaşması vacibdir", – deyə hesabat müəllifləri bildirir.

Artıq "Rusiya təhdidinin aradan qaldırılması" üçün iş aparılır. Stoltenberq, bunun təsdiqi üçün NATO-nun Gürcüstan və Ukrayna ilə əməkdaşlıq təcrübəsinə də toxunub: "İndi hər iki dövlət NATO-nun genişləndirilməsi çərçivəsində alyansın tərəfdaşlarıdır. Bu, Qərbin texnologiyalarına və kəşfiyyat informasiyalarına əlçatanlığı təmin etsə də, blokun tam üzvlüyünə yaxınlaşma kimi başa düşülməməlidir".

Пресс-секретарь президента Турции Ибрагим Калын, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Ərdoğanın sözçüsü: Türkiyə onsuz da Azərbaycandadır, ruslar da Qafqaza yeni gəlməyib

Rusiyanın qarşısını almaq üçün alyans Qara dənizdəki mövcudluğunu genişləndirmək niyyətindədir – bu, "Krımdakı rus hərbi varlığının gücləndirilməsinə" bir cavabdır.

Hələlik detallar açıqlanmır, ancaq Rusiya məmurları artıq məsələyə münasibət bildiriblər. "Qara dəniz bölgəsi də daxil olmaqla NATO-nun hərəkətləri ATƏT-in ruhunu öldürür. Təhlükəsizliyin bütövlüyü prinsipi rədd edilir", – deyə Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev bildirib.

Qara dəniz prioritetləri

"İndi NATO-nun əsas vəzifəsi ABŞ-da prezident dəyişikliyinə hazırlaşmaqdır. Blok Baydenin konsolidasiyaya təsir göstərəcəyini və Trampın dövründə ortaya çıxan problemlərin aradan qalxacağını gözləyir. Ancaq yeni Amerika liderinin sələfinin bütün mirasından imtina edəcəyi ehtimalı azdır. Yəqin ki, ABŞ alyansın bütün üzvlərinin ÜDM-nin 2 faizini NATO-nun müdafiəsinə yönəltməsində təkid edəcək", – deyə Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunov bildirib.

İlk yerə geosiyasi ambisiyalar qoyulsa, belə cəhdləri rədd edəcəyik - Rusiya XİN>>

Politoloq belə hesab edir ki, Baydenin hakimiyyətə gəlişi NATO ilə Rusiya arasındakı gərgin vəziyyəti dəyişdirməyəcək. Ancaq Moskvanın bir sıra beynəlxalq problemlərdə iştirakını nəzərə alsaq, alyans, heç olmasa, hərbi səviyyədə dialoqa məhəl qoymaya bilməz.

"Dağlıq Qarabağ müharibəsi və Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi alyansın diqqətindən kənarda qalmayıb. Bu ərazi NATO-nun öz maraq dairəsi hesab etdiyi Qara dənizdən çox da uzaqda deyil. Odur ki Rusiyanın Qarabağda möhkəmlənməsini özünə potensial təhdid hesab edir. Qara dəniz regionunun əhəmiyyəti barədə bəyanatlar da buradan qaynaqlanır", – deyə o qeyd edib.

Lakin ekspert belə hesab edir ki, Rusiya NATO üçün Qara dəniz hövzəsində yeganə risk faktoru deyil. "Onların Qara dənizdə möhkəmlənmə planı Moskvadan çox Ankaraya qarşı yönəlib. Türkiyə NATO-ya üzv olsa da, bəzi məsələlərdə bu dövlət alyansla fikir ayrılığı nümayiş etdirir. Rəcəb Tayyib Ərdoğan Yunanıstana, Fransaya, hətta Almaniya və ABŞ-a qarşı çıxır. Lakin NATO Türkiyəni alyansa qaytarmaq fikrindədir. Daha bir məqsəd – Türkiyə və Rusiyanın bundan sonrakı yaxınlaşmasını məhdudlaşdırmaqdır".

Ukrayna da NATO-nun Qara dəniz gündəminə təkan verməyə davam edəcək. Eyni zamanda, ekspert alyansla münasibətlərdəki əsas mövzunun Rusiyanın Krımdakı hərbi mövcudluğunu gücləndirmək olduğunu bildirdi. "Yarımadada yeni obyektlərin inşası Kiyev tərəfindən transatlantik təhlükəsizlik üçün bir təhdid kimi qəbul olunur. Ukrayna hakimiyyəti Krımda Rusiya hərbi sistemlərinin yerləşdirilməsinin daha çox diqqət tələb edən bir problem olduğunda israr edəcək", – deyə Kortunov qeyd edir.

Xülyalara əlvida

Интервью директора СВР С. Нарышкина РИА Новости - Sputnik Azərbaycan
RUSİYA
Narışkin: ABŞ və NATO Azərbaycan və Ermənistan xalqları arasında nifaq salmağa çalışır

Gürcüstanın İctimaiyyətlə Əlaqələr Universitetinin professoru Tornike Şaraşenidze əmindir ki, Tbilisi də NATO-nun Qara dəniz bölgəsində möhkəmlənməsini dəstəkləyəcək. O, bunu Cənubi Osetiyada rus hərbçilərinin olması ilə izah edir.

"Gürcüstan artıq xeyli vaxtdır ki, NATO-ya orta müddətli perspektivdə daxil olmaqla bağlı xülyasından əl çəkib. Buna baxmayaraq, blokla əməkdaşlığı genişləndirməyə çalışır", - deyə Şaraşenidze bildirir.

O, Dağlıq Qarabağ müharibəsinin Rusiyanın Cənubi Qafqazdakı mövqeyini möhkəmləndirdiyini etiraf edir. "Ermənistanın müttəfiqi var, bu Rusiyadır, Azərbaycanı isə Türkiyə dəstəkləyir. Bu ölkələr arasında faktiki olaraq hərbi alyans formalaşıb. Gürcüstanın isə belə müttəfiqi olmadığından, NATO-ya güvənmək məcburiyyətindədir".

Ekspert belə hesab edir ki, deyilənlərə baxmayaraq nə Gürcüstan, nə də Qara dəniz bölgəsi NATO üçün prioritet məsələ deyil. İndi NATO-nun qarşısında duran ən vacib problem Baydenlə dil tapmaqdır. Gələn ilin əvvəllərində keçiriləcək sammit bu istiqamətdə atılacaq ilk addım olacaq.

Xəbər lenti
0