06:41 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
70 0 0

Putin qeyd edib ki, hər kəs Rusiyanın Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün fəal vasitəçilik səyləri göstərdiyini yaxşı bilir

BAKI, 2 dekabr — Sputnik. Qarabağ üzrə üçtərəfli bəyanat ardıcıl şəkildə reallaşdırılır, təmas xəttində sülhməramlılar var. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində çıxışı zamanı bildirib.

"Hazırda Rusiya, Ermənistan və Azərbaycanın noyabrın 9-u imzaladığı üçtərəfli bəyanat ardıcıl şəkildə reallaşdırılır. Təmas xətti və Laçın dəhlizi boyunca Rusiya hərbçiləri yerləşdiriliblər", - deyə Putin qeyd edib.

Putin deyib ki, hər kəs Rusiyanın Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün fəal vasitəçilik səyləri göstərdiyini yaxşı bilir: "Eyni zamanda Minsk qrupunun həmsədrləri tərəfindən əldə olunan əsas razılaşmalara riayət etmişik".

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Teqlər:
KTMT, Vladimir Putin, Rusiya, Azərbaycan, Qarabağ

Əsas mövzular