17:02 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
QARABAĞ
Qısa URL
2920

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu gün diplomatik korpusun və "Qarabağ" futbol klubunun üzvləri Ağdam və Tərtərə səfər edirlər.

BAKI, 28 noyabr - Sputnik. Ağdamın "Qarabağ" futbol klubunun üzvləri bu gün öz evlərinə - Ağdam şəhərinə gedirlər. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb. 

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusun nümayəndələrini, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərini Tərtərə və yenicə işğaldan azad olunmuş Ağdama aparırlar. 

“Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik. Ağdam dağıdılaraq "ruhlar şəhəri"nə və "şəhərə qarşı terror"un (urbicide) nümunəsinə çevrilib. “Qarabağ” futbol klubu da bizimlədir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Bu, Qarabağ" futbol klubunun 27 ildən sonra işğaldan azad edilmiş Ağdama ilk səfəridir.

Komanda səfər zamanı Cümə məscidini, Azərbaycanın Milli Qəhrəmanı, eyni zamanda Ağdam təmsilçisinin əfsanəvi kapitanı Allahverdi Bağırovun məzarını ziyarət edəcək. Həmçinin, klub "İmarət" stadionuna da gedəcək.
Qeyd edək ki, Ağdam noyabrın 20-də 27 illik erməni işğalından azad olunub.

Teqlər:
futbol klubu, futbol, Tərtər, Tərtər, Ağdam şəhəri, Ağdam, Qarabağ, Qarabağ fk, Qarabağ FK

Əsas mövzular