QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Tarixçi: "Azərbaycanlılar haqqında çox yanlış fikir formalaşdırılıb - Guya..."

© Sputnik / Irade JELILKamran İsmayılov
Kamran İsmayılov - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün bizim tam hüququmuz var ki, ermənilərin təzminat ödəməsi üçün onların qarşısında tələb qoyaq. Həmin abidələr bizim üçün həddən artıq dəyərlidir"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. "Bu gün Azərbaycanın "ermənilərə aid" tarixi abidələrinin dağıdılmaması üçün UNESCO-ya və digər əhəmiyyətli qurumlara müraciət edən dairələrin çoxunun heç xəbəri yoxdur ki, Azərbaycan torpaqlarının 20 faizi 30 ildən çoxdur ki, erməni işğalı altında olub. Və onlar ağıllarına belə gətirmirlər ki, həmin ərazilərdə Azərbaycan xalqına məxsus İslam dini abidələri mövcud olub. Onlar üçün Qarabağ xristian məkanı kimi yadda qalıb".

Министр культуры Азербайджана Анар Керимов, фото из архива - Sputnik Azərbaycan
Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir”

Bu barədə Sputnik Azərbaycan-a tarixçi Kamran İsmayılov danışıb.

Onun sözlərinə görə, qərb tarixçilərinin şüurunda hər zaman bir yanlış fikir formalaşıb ki, bəşər tarixi, sivilizasiyalar yalnız xristianlıqla əlaqəlidir: "Onların fikrincə, İslam dininə mənsub olan xalqların dünya mədəniyyətinə heç bir töhfəsi olmayıb. Burada ermənilərin də böyük "rol"u olub. Onların uzun illər apardığı yanlış təbliğat nəticəsində belə bir təsəvvür formalaşıb ki, guya ermənilər mədəni, sivilizasiyalı xalqdır. Ətrafdakılar isə heç bir dəyərlərə malik olmayan barbarlardır. O cümlədən, azərbaycanlılar haqqında da belə fikir formalaşdırıblar", - deyən tarixçi vurğulayıb ki, dünya tarixşünaslığında da yanlış bir təsəvvür formalaşıb ki, ermənilər bu coğrafiyada ən mədəni xalqdır və onlar nə deyirlərsə, haqlıdırlar.

© Sputnik / Irade JELILTarixçi Kamran İsmayılov
Tarixçi: Azərbaycanlılar haqqında çox yanlış fikir formalaşdırılıb - Guya... - Sputnik Azərbaycan
Tarixçi Kamran İsmayılov

Çünki Qərb tarixşünaslığı uzun müddət regionda yaşayan xalqların tarixindən xəbərsiz olub. Onlara fikir verməyib və öyrənməyə çalışmayıb.

K.İsmayılov qeyd edib ki, Azərbaycan tarixinin Albaniya dövrünü Azərbaycan tarixşünaslığı 30 ildir ki, öyrənməyə başlayıb. Bundan əvvəl isə regionun tarixi Ermənistanın tarixi kimi götürülürdü:

"Siz yanlışlığa fikir verin. Necə yanlış təsəvvürlər olub. Biz də müəyyən qədər məsuliyyətimizi dərk etməliyik. Biz VIII əsrdən bu günə qədər Azərbaycan tarixini öyrənən zaman daha çox İslam amilinə fikir verirdik. Xristian dövrünə aid abidələri bizim millətimizə, xalqımıza yad elementlər kimi öyrənirdik. İndi biz həmin tarixə yenidən baxırıq ki, onlar bizim tariximizin ayrılmaz tərkib hissəsidir.

Bunlar xristian dövrü və dininə aid abidələr olsa belə, onlar Azərbaycan tarixinin tarixi-mədəni abidələridir. Və biz onları könüllü şəkildə ermənilərə güzəştə gedə bilmərik. Bu istiqamətdə son illərdə kifayət qədər işlər görülüb".

Onun sözlərinə görə, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə 2000-ə qədər tarixi abidə olub. Və onlardan bir çoxu Dünya Mədəni İrsinin nümunəsidir. Bura Şuşada olan məbədlər, məscidlər, Ağdam məscidi, pirlər və s. daxildir:

Город-призрак Агдам - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistan Ağdamın tarixi abidələrindən də "qisas" alıb
"Bütün bunlar bəşəriyyətin mədəni irsinə daxil olan abidələrdir. Ermənilər bu abidələrin hamısını dağıdıblar. Və bu gün bizim tam hüququmuz var ki, ermənilərin təzminat ödəməsi üçün onların qarşısında tələb qoyaq. Həmin abidələr bizim üçün həddən artıq dəyərlidir və həmin abidələrə qiymət qoymaq düzgün deyil. Ancaq ermənilər öz törətdiklərinə görə məsuliyyət daşımalıdırlar. Onlar torpaqlarımızda daşı daş üstündə qoymayıblar. Bu səbəbdən də təzminatı müəyyənləşdirmək üçün dövlət tərəfindən komissiya yaradılıb. Hökmən onlardan hesab soruşacağıq".

Xəbər lenti
0