QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda müşahidə məntəqələri arasında patrul xidməti aparılacaq - Akar

© AP Photo / Lefteris PitarakisТурецкие миротворцы, фото из архива
Турецкие миротворцы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də bəyan edib ki, Ankara ilə Moskva Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılmasına dair memorandum imzalayıblar və türk hərbçilər də birgə sülhyaratma missiyasında iştirak edəcəklər

BAKI, 24 noyabr — Sputnik. Türkiyə Qarabağda atəşkəsə nəzarət mexanizmi üzərində işi davam etdirir. Müşahidə məntəqələri arasında patrul xidməti olacaq.

Sputnik Azərbaycan TRT telekanalına istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Naziri Hulusi Akar deyib.

“Atəşkəsə nəzarət mexanizmi üzərində iş davam edir. Dağlıq Qarabağda tikiləcək müşahidə məntəqələri arasında patrul xidməti aparılacaq”, - Akar deyib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, erməni işğalı altında olan rayonlar Azərbaycana qaytarılır, tərəflər hərbi əsirləri dəyişirlər, Qarabağdan Ermənistana aparan Laçın dəhlizi boyunca rus sülhməramlıları yerləşdirilirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də bəyan edib ki, Ankara ilə Moskva Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılmasına dair memorandum imzalayıblar və türk hərbçilər də birgə sülhyaratma missiyasında iştirak edəcəklər. Bundan öncə isə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Moskva və Ankaranın Qarabağ üzrə Azərbaycan ərazisindəki monitorinq mərkəzində birgə çalışacaqlarını, “birgə sülhməramlı qüvvələr barədə söhbətin getmədiyini” demişdi.

Xəbər lenti
0