17:43 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
QARABAĞ
Qısa URL
31 0 0

Prezident düşmənin müdafiə xəttini göstərərək, Azərbaycan vətəndaşlarının dağıdılmış evlərinə diqqət çəkib.

BAKI, 23 noyabr — Sputnik. "Bütün dünya görsün ki, vəhşi düşmən bizim kəndlərimizi nə günə qoyub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu işğaldan azad edilən Ağdama səfər edən Azərbaycan Prezidenti İlham Əliyev deyib. Birinci xanım Mehriban Əliyevanın instagram səhifəsində yaydığı videogörüntüdə Prezident düşmənin müdafiə xəttini göstərərək, Azərbaycan vətəndaşlarının düşmən tərəfindən dağıdılmış evlərinə diqqət çəkib: "Hansı vəhşilərlə biz üz-üzəydik, hansı vəhşiləri biz məğlub etmişik. Bütün dünya bunu görməlidir".

"Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar" - İlham Əliyev deyib.

Prezident bildirib ki, düşmən evlərimizi, kəndlərimizi dağıdıb, torpaqlarımızdan istifadə edib: "Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də biz jurnalistləri, o cümlədən xarici jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik. Qoy, gəlsinlər, görsünlər".

Əsas mövzular