07:48 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
43 0 0

Füzuli rayonuna səfər etmiş diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə dağıdılmış Kürdlər kəndinin qəbiristanlığı göstərilib.

BAKI, 22 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndində olublar.

Sputnik Azərbaycan xəbər verir ki, diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə dağıdılmış kənd qəbiristanlığı göstərilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildiriblər ki, 27 il ərzində işğal altında olmuş kəndin qəbiristanlığı buldozerlə dağıdılıb, yerində buğda, arpa əkilib.

Bununla yanaşı, ermənilərin tarixi, mədəni abidələri dağıtmaları diplomatların diqqətinə çatdırılıb.

 

Teqlər:
kürdlər, Füzuli, Füzuli rayonu, Füzuli rayonu, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev, Hikmət Hacıyev

Əsas mövzular