20:11 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
14 0 0

Ağdam Rayon Polis Şöbəsi əməkdaşları və Daxili Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Ağdamda komendant rejimində fəaliyyətlərini davam etdirəcəklər.

BAKI, 20 noyabr — Sputnik. Ağdam şəhərinə komendant və müavinlər təyin edilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Fərmanına uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdam Rayon Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin edilib.

Qeyd olunub ki, hazırda Ağdam Rayon Polis Şöbəsinin Ağdam şəhərinə köçürülməsi istiqamətdə işlər aparılır. Ağdam Rayon Polis Şöbəsi əməkdaşları və Daxili Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Ağdamda komendant rejimində fəaliyyətlərini davam etdirəcəklər.

Əsas mövzular

  • Türkiyə sülhməramlıları, arxiv şəkli

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də bəyan edib ki, Ankara ilə Moskva Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılmasına dair memorandum imzalayıblar və türk hərbçilər də birgə sülhyaratma missiyasında iştirak edəcəklər

    49
  • Əklil

    Cavid Zeynallı Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: "Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi".

    26
  • Təzə Bazar, arxiv şəkli

    "Bazarda yeraltı dayanacaqlar da nəzərdə tutulub. Bilirsiniz ki, Bakıda dayanacaq problemi var. Bu problemlər hamısı düşünülüb. Bu səbəbdən də tikintinin müddəti müəyyən dövr çəkəcək"

    26