QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hikmət Hacıyev Füzulidə əldəqayırma, qeyri-dəqiq raket qurğusunu göstərdi - FOTO

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidСнаряд системы залпового огня "Град" на дороге в азербайджанском Тертере близ Карабаха
Снаряд системы залпового огня Град на дороге в азербайджанском Тертере близ Карабаха - Sputnik Azərbaycan
Abunə olmaq
İşğaldan azad olunan Füzulinin Qaraxanbəyli kəndi. Heç bir bina qalmayıb. Vandalizm heç bir sərhəd tanımırdı. Ermənistanın daha çox cinayətləri üzə çıxacaq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 noyabr — Sputnik. "Füzulinin işğaldan azad olunan kəndlərindəyik. Bu, Ermənistan ordusunun əhalinin sıx yaşadığı kəndlərə qarşı istifadə etdiyi əldəqayırma, qeyri-dəqiq raket qurğusudur. Bu cür əldəqayırma sistemlər əsasən Suriyada istifadə olunub. Ermənilər Yaxın Şərqdən muzdluları cəlb edirdilər". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz rəsmi "Twitter" səhifəsində yazıb. 

"Ermənistanın Füzuli bölgəsində cənub cəbhəsi boyunca istehkam mövqeləri. Onların hamısı getdi. Füzuli indi azaddır", - deyə Prezidentin köməkçisi başqa tvitində yazıb.

"İşğaldan azad olunan Füzulinin Qaraxanbəyli kəndi. Heç bir bina qalmayıb. Vandalizm heç bir sərhəd tanımırdı. Ermənistanın daha çox cinayətləri üzə çıxacaq. Beynəlxalq media Ermənistanın bütün hərbi cinayətlərini yaxşı işıqlandırır", - deyə Hikmət Hacıyev digər tvitində yazıb.

Xəbər lenti
0