23:28 23 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
37 0 0

Milli Məclisin deputatı Asim Mollazadə Qarabağda törədilən ekoloji cinayətlərin nəticələrini aradan qaldırmaq üçün təkliflərlə çıxış edib.

BAKI, 18 noyabr — Sputnik. Ali Baş Komandanın sayəsində Azərbaycan hərbi qələbəmizi diplomatik qələbəyə çevrilə bilib. İndi növbə Qarabağda törədilən ekoloji cinayətlərin nəticələrini aradan qaldırmağa çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Milli Məclisin "Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsi"nin iclasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

"Ətraf mühitin mühafizəsi haqqında" Qanunun müzakirəsi zamanı Asim Mollazadə ermənilərin Qarabağda törətdiyi ekoloji cinayətlərə də diqqət çəkib:

"Biz Qarabağı qaytardıq, amma orada ətraf mühitə vəhşicəsinə zərbələr endirilib. Düşmənlər Azərbaycanın cənnət bölgəsi olan Qarabağa çox ciddi ziyan veriblər. Odur ki, həm Qarabağın su ehtiyatlarının qorunması, həm də meşələrinin bərpası istiqamətində dövlətimizin və xalqımızın qarşısında çox böyük işlər durur. Əminəm ki, bizim Komitə də qanunvericiliklə bağlı bütün zəruri işləri görəcək. Azərbaycan xalqı da Qarabağın yenidən cənnətə dönməsi istiqamətində bu şərəfli vəzifələri yerinə yetirəcək".

O qeyd edib ki, bu qələbədə Azərbaycanın neft strategiyasının Böyük rolu var. İkinci Dünya Müharibəsində Sovet İttifaqının qələbəsini demək olar ki, Azərbaycan neftçiləri təmin ediblər, bugünkü qələbədə də Azərbaycan neftçiləri və ölkənin neft strategiyası böyük rol oynayıb: 

"Azərbaycanın iqtisadi inkişafı nəticəsində biz müasir silahlı qüvvələri formalaşdıra bildik. Bu qələbədə neftçilərimizin əməyi xüsusilə qeyd olunmalıdır. Çünki Azərbaycanın dövlət quruculuğunda da, iqtisadiyyatının gücləndirilməsində də, neft strategiyamızın rolu böyük olub". 

Əsas mövzular