13:28 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
1210

Türkiyənini Milli Müdafiə naziri deyib ki, Dağlıq Qarabağla bağlı Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasında qarşılıqlı əməkdaşlıq davam edir.

BAKI, 17 noyabr - Sputnik. Dağlıq Qarabağla bağlı Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasında Ankarada görüşlər keçirilib, qarşılıqlı əməkdaşlığımız davam edir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

H. Akar Dağlıq Qarabağa dair bəyanatın imzalanmasından sonra Türkiyə və Rusiya Müdafiə Nazirlikləri arasında atəşkəsə nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqda memorandumun imzalandığını xatırladıb.

"Bu, çərçivə sənədidir, ondan irəli gələn digər məsələləri həll etmək üçün çalışmaq lazımdır. Bununla bağlı geniş bir texniki heyət Rusiyadan gəldi. Görüşlər keçirdik, qarşılıqlı əməkdaşlığımız davam edir", - deyə türkiyəli nazir vurğulayıb.

Teqlər:
Türkiyə, Rusiya, Baş Qərargah rəisi Hulusi Akar, Hulusi Akar

Əsas mövzular