QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Cəbrayıl şəhərlərində olublar

© Official website of President of Azerbaijan Republiclham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş rayonlarında
lham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş rayonlarında - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində oktyabrın 4-də Cəbrayıl şəhəri, oktyabrın 17-də isə Füzuli çəhəri azad edilib.

BAKI, 16 noyabr - Sputnik. Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində oktyabrın 4-də Cəbrayıl şəhəri, oktyabrın 17-də isə Füzuli çəhəri azad edilib.

Xəbər lenti
0