QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Arutunyan etiraf etdi: "Döyüş meydanında yüzlərlə cəsədimiz qalır"

© AFP 2023 / ALEXANDER NEMENOVВоенные каски армянских солдат, фото из архива
Военные каски армянских солдат, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Humanitar aksiya Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının səkkizinci bəndinə uyğun olaraq həyata keçirilib.

BAKI, 16 noyabr — Sputnik. Şuşa yaxınlığındakı ərazidən 150 erməni hərbçisinin cəsədi çıxarılıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Dağlıq Qarabağda separatçılara rəhbərlik edən Arayik Arutyunyan bildirib.

Arutunyan, həmçinin etiraf edib ki, yüzlərlə cəsəd hələ döyüş meydanında qalır.

Xatırladaq ki, daha əvvəl, noyabrın 14-ü Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin toplanılması həyata keçirilib.

Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.

Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun altı hərbi qulluqçusunun cəsədi təhvil alınıb.

Humanitar aksiya Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının səkkizinci bəndinə uyğun olaraq həyata keçirilib.

Xəbər lenti
0