08:16 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
7410

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən işğaldan azad edilmiş Hadrut qəsəbəsi və Tug kəndindən çəkilmiş videonu təqdim edir.

BAKI, 15 noyabr - Sputnik. Xocavənd rayonunun işğaldan azad olunan Hadrut qəsəbəsi və Tuğ kəndinin havadan videogörüntüsü yayılıb.

Hadrut qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 9 oktyabr 2020-ci ildə isə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilib.

Tuğ – Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində yerləşir. Bu kənd Xocəvənd rayonunun mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşir. İşğaldan əvvəl əhalisinin sayı 2000 nəfər olub.

Əhalisi əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olurdu. Kənddə 125 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana və s. fəaliyyət göstərib. Tuğ kəndinin məlikyeqanovlar, məlikaslanovlar, cahangirlilər, mehdibəylilər, aslanbəylilər, gülməmədlilər, talıbxanlılar, budaqlılar,səlimbəylilər, cəfərlilər, vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri var. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarası və Tağlar mağarası Tuğ kəndi yaxınlığındadır.

1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə Tuğ kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2020-ci il noyabr ayının 9-u Tuğ kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən işğaldan azad edilmiş Hadrut qəsəbəsi və Tug kəndindən çəkilmiş videonu təqdim edir.

Əsas mövzular