22:56 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
14410

"Qarabağa gələn sülhməramlıların borcu həm də ondan ibarətdir ki, 30 ilə yaxındır ki, işğal etdikləri torpaqlarda yaşayan ermənilərin ekologiyaya, əmlaka yönəlmiş vandal hərəkətlərinin qarşısını alsınlar"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. "Qarabağa gələn sülhməramlılar ermənilərin boşaltdığı Azərbaycan torpaqlarındakı meşələri, evləri yandırmasının qarşısını almalıdır". Sputnik Azərbaycan-a açıqlamasında bu sözləri Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev söyləyib. O bildirib ki, 30 ildir ki, işğalda saxlanılan Azərbaycan torpaqlarında bu vandallığın qarşısı mütləq şəkildə alınmalıdır: "Qarabağa gələn sülhməramlıların borcu həm də ondan ibarətdir ki, 30 ilə yaxındır ki, işğal etdikləri torpaqlarda yaşayan ermənilərin ekologiyaya, əmlaka yönəlmiş vandal hərəkətlərinin qarşısını alsınlar. Əks halda, onların cavabını Azərbaycan tərəfi verməli olacaq. Bu isə sülhün yenidən pozulmasına zəmin yaradacaq. Sülhməramlılar bununla bağlı məlumatlandırılıb ki, yerli sakinin bu kimi qanunsuz və vandal əməllərinin qarşısı alınsın. Ona görə də onlar bununla bağlı bir hərəkət etməlidir. Əks halda, ermənilər arzuolunmaz halla qarşılaşa bilərlər".

Qeyd edək ki, imzalanmış Üçlü Bəyanata əsasən, Ermənistan ordusu 15 noyabra qədər Kəlbəcərdən çıxmalı və bu rayonumuza Azərbaycan Ordusu girməlidir. Paralel olaraq Ağdam və Laçın da 1 dekabra qədər Ordumuza təhvil veriləcək. Hazırda Kəlbəcərdən çıxan ermənilərin evləri və meşələri yandırdığı, erməni şagirdlərin isə azərbaycanlı həmyaşıdlarına "havanı zəhərləyəcəyik ki, siz qırılasınız" kimi mesajlar yazdıqlarını erməni mediası özü tirajlayır, meşələrin və evlərin yandırıldığı görüntüsünü fərəhlə paylaşırlar.

Əsas mövzular