QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Polad Bülbüloğlu: "Dağlıq Qarabağ münaqişəsi həll olunub"

© Sputnik / Murad OrujovПосол Азербайджана в России Полад Бюльбюльоглу
Посол Азербайджана в России Полад Бюльбюльоглу - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib ki, ən yaxşı halda Qarabağda yaşayan ermənilər üçün mədəni muxtariyyət ola bilər.

BAKI, 12 noyabr — Sputnik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən onlayn brifinq zamanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

O, qeyd edib ki, bugünki gün heç bir status yoxdur.

Səfir vurğulayıb ki, ən yaxşı halda Qarabağda yaşayan ermənilər üçün mədəni muxtariyyət ola bilər.

Polad Bülbüloğlunun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin qayıtması sxemi müəyyənləşdiriləcək: "İnfrastruktur yaradılmalıdır. Bu asan proses deyil, lakin onların hamısı öz torpaqlarına geri qayıdacaq. Mən özüm atamın evinin qaldığı Şuşaya qayıtmaq üçün səbirsizlənirəm. Mən and içmişdim ki, Şuşa azad olunmayana qədər "Xarı Bülbül" beynəlxalq festivalı keçirilməyəcək. İndi isə biz onu mütləq keçirəcəyik".

Xəbər lenti
0