10:59 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
9510

Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib ki, onun ölkəsi Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunan atəşkəs razılaşmasının icra olunmasına nəzarət etmək üçün ortaq sülhməramlı missiyada təmsil olunacaq.

BAKI, 12 noyabr - Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacağını bildirib. 

Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla xəbər verir ki, Akar bu barədə Türkiyə Böyük Millət Məclisində Milli Müdafiə Nazirliyinin 2021-ci il üzrə büdcə müzakirələri zamanı deyib.  

Nazir qeyd edib ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunan atəşkəs razılaşmasının icra olunmasına nəzarət etmək üçün ortaq sülhməramlı missiyada təmsil olunacaq.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin heç bir sülhməramlısının Qarabağa göndərilməyəcəyini deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Türkiyənin Qarabağda sülhməramlı missiyada iştirakı mövzusu müzakirə olunmayıb, belə razılaşmalar əldə edilməyib.

Teqlər:
Vladimir Putinin köməkçisi Dmitri Peskov, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan XİN, Sergey Lavrov, Baş Qərargah rəisi Hulusi Akar, Hulusi Akar

Əsas mövzular