03:17 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1159)
37620

Müştərək mərkəz Azərbaycan ərazisində yerləşəcək, atəşkəsə əməl edilməsinə dair məlumatların toplanmasını, yoxlanmasını və ümumiləşdirilməsini həyata keçirəcək

BAKI, 11 noyabr - Sputnik. Türkiyə və Rusiyanın müdafiə nazirləri Hulusi Akarla Sergey Şoyqu Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə birgə mərkəzin yaradılmasına dair memorandum imzalayıblar. 

Sputnik Azərbaycan bildirir ki, xəbəri Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Şoyqu qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmalar və rusiyalı sülhməramlıların bölgəyə yeridilməsi qan tökülməsinin qarşısını alaraq dinc həyata qayıtmaq üçün şəraitin yaradılmasına vəsilə olub.

"Rusiyalı sülhməramlıların mövcudluğu böhranlı regionda sabitliyi təmin edəcək, qaçqınların axınını dayandıracaq, onların öz yaşayış yerlərinə qayıtmalarını təmin edəcək", - Şoyqu vurğulayıb.

O qeyd edib ki, "müştərək monitorinq mərkəzinin yaradılması barədə qərar tərəflərin hərbi əməliyyatları dayandırma rejiminə riayət etməsinə etbarlı nəzarəti gerçəkləşdirməyə imkan verəcək və uzun müddətdən bəri davam edən münaqişənin həll olunması üçün etibarlı zəmin yaradacaq".

Müştərək mərkəz Azərbaycan ərazisində yerləşəcək, atəşkəsə əməl edilməsinə dair məlumatların toplanmasını, yoxlanmasını və ümumiləşdirilməsini həyata keçirəcək. Bu mərkəz razılaşmanın pozulması ilə əlaqəli istənilən sual və problemin, şikayətin baxılması üçün bir orqan olacaq.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1159)
Teqlər:
sülhməramlılar, monitorinq, mərkəz, Qarabağ, Azərbaycan, Türkiyə, Rusiya

Əsas mövzular