16:03 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1138)
10701

Ermənistan müxalifətinin qəzəblənməsi və imzalanmış sənəddən imtina olunmasını tələb etməsi başa düşüləndir. Çünki razılaşma faktiki olaraq erməni tərəfinin məğlubiyyətinə və qondarma "DQR"-in ərazisinin əhəmiyyətli bir hissəsini itirilməsinə gətirib çıxardı

BAKI, 11 noyabr — Sputnik, İrina Alksnis. Noyabrın 9-dan 10-a keçən gecə Dağlıq Qarabağla bağlı baş verənlər hələ uzun müddət siyasi və hərbi analitiklərin diqqət mərkəzində qalacaq. Əgər qısaca yada salmalı olsaq, bir gecənin içində müharibə sülhlə nəticələndi. Özü də iki ay ərzində Rusiyanın guya regiondan çıxarılması ilə bağlı səs-küylü bəyanatlar səsləndiriləndən sonra.

Ayın 9-u axşam saatlarında əvvəl Ermənistan-Azərbaycan sərhədində Rusiyanın hərbi helikopteri vuruldu ki, nəticədə də şəxsi heyətin iki üzvü həlak oldu. Böyük ehtimalla bu hadisə vəziyyəti kökündən dəyişdi.

Rəsmi Bakı dərhal hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürərək bildirdi ki, faciə təsadüfən baş verib, İlham Əliyev isə Vladimir Putinə zəng vuraraq üzrxahlığını ifadə etdi.

Daha sonra Rusiya prezidenti xüsusi müraciətində Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması və regiona rus sülhməramlıların yerləşdiriləcəyi barədə yüksək səviyyədə üçtərəfli razılaşmanın imzalandığını bildirdi.

Noyabrın 10-da sübh tezdən Ulyanovsk-Vostoçnı aerodromundan göyərtəsində rus sülhməramlılarının olduğu İL-76 hərbi təyyarəsi havaya qalxdı.

İmzalanmış razılaşmanın detalları ortaya çıxandan sonra isə Yerevanda dərhal etirazlar başladı. Etirazçılar hökumət və parlament binasına hücum edərək Milli Məclisin sədrini döydülər. Razılaşmaya qol çəkmiş Ermənistanın baş naziri Nikol Paşinyan isə müxalifət tərəfindən milli xəyanətdə ittiham olundu. Ermənistan müxalifətinin qəzəblənməsi və imzalanmış sənəddən imtina olunmasını tələb etməsi başadüşüləndir. Çünki razılaşma faktiki olaraq erməni tərəfinin məğlubiyyətinə və qondarma "DQR"in ərazisinin əhəmiyyətli bir hissəsini itirilməsinə gətirib çıxardı. Əslində, Ermənistanın başqa çıxış yolu da yox idi – daha doğrusu, ermənilər buna getməsəydilər, onları daha pis nəticə – hərbi fəlakət gözləyirdi. Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutunyan bu durumu belə ifadə etmişdi: "Əgər hərbi əməliyyatlar davam etsəydi, biz bir neçə gün ərzində bütün Qarabağı itirəcəkdik". Bununla o, həm də İlham Əliyevin strateji əhəmiyyətə sahib Şuşa şəhərinin hələ noyabrın 7-də erməni hərbçilərinin nəzarətindən çıxması ilə bağlı bəyanatını təsdiqləmiş oldu.

Şübhəsiz ki, İlham Əliyev təcrübəli dövlət xadimi kimi üçtərəfli razılaşmanı imzalamaqla bağlı qərar verərkən müxtəlif amilləri nəzərə alıb. Məsələn, bir neçə həftə əvvəl o, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin və hüquqlarının təmin olunacağını bildirmişdi.

Ancaq təəssüf ki, Ermənistan haqqında eyni şeyləri söyləmək mümkün deyil.

2018-ci ildə Yerevanda küçəyə axışan insan kütləsi Nikol Paşinyanı dövlət hakimiyyətinin zirvəsinə qaldırdı. Noyabrın 9-dan 10-na keçən gecə isə küçəyə çıxan elə eyni kütlə onu parçalamağa hazır idi. Çünki belə məlum olmuşdu ki, ölkəni Avropaya aparmalı olan "mütərəqqi lider" yolu səhv salıb və onun hərbi inkişaf sahəsində gördüyü işlər Ermənistan üçün ağır məğlubiyyətlə nəticələnib. Yeri gəlmişkən, cavan, sağlam kişilərin döyüşlərə yollanmaq əvəzinə, hökumət binasına hücuma keçməsi, tamamilə ironiyasız-filansız, aktual qərb tendensiyalarının təsirinin nəticəsidir. Əlqərəz, əgər Ermənistan son iki ilin hadisələrindən nəticə çıxarmasa, tezliklə o özü də bir çox başqa ölkələrə bu cür nümunə olacaq.

Regiondakı vəziyyətin sabitliyi baxımından bir fakt da çox əhəmiyyətlidir: Dağlıq Qarabağa yerləşdirilən rus sülhməramlıları say etibarı ilə tamamilə simvolik xarakter daşıyır. Ancaq dünyada söz sahibi olan böyük dövlətin gücü də elə bununla ölçülür.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1138)
Teqlər:
sülhməramlılar, Rusiya, Ermənistan, Azərbaycan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular