QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda türk sülhməramlıları da olacaq? - Kreml və Ankaranın açıqlamaları

© AFP 2023 / BULENT KILICTürk hərbçiləri, arxiv şəkli
Türk hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Lakin atəşkəsə nəzarət üzrə bütün prosesi birgə aparacağıq və biz bundan sonra da Azərbaycanla birgə olacağıq" - Mövlud Çavuşoğlu

BAKI, 10 noyabr — Sputnik. Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətdə iştirak edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər nazir Mövlud Çavuşoğlu bildirib.

"Ötən gecə atəşkəs haqqında bəyanat razılaşdırılıb. İndi müzakirələr gedir: onu kim necə müşahidə edəcək, kim nəzarət edəcək. Lakin atəşkəsə nəzarət üzrə bütün prosesi birgə aparacağıq və biz bundan sonra da Azərbaycanla birgə olacağıq", - deyə Çavuşoğlu Ankarada jurnalistlərə açıqlamasında bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, Qarabağ üzrə monitorinq mərkəzi Azərbaycanda yaradıla bilər, lakin bu, ayrıca danışıqların predmetidir.

"Doğrudan da söhbət Azərbaycan ərazisində atəşkəsin şərtlərinin monitorinqi üzrə mərkəzin yaradılmasından gedib. O, Azərbaycanda olacaq və belə bir monitorinq mərkəzinin yerləşdirilməsinin nüansı artıq ayrıca razılaşmanın predmetidir", - deyə Peskov Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı, Türkiyə sülhməramlıların yerləşdirilməsi imkanı barədə jurnalistin sualını cavablandırarkən qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Telefon söhbəti zamanı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması yüksək qiymətləndirilib, bu mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti
0