13:16 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
35711

10 noyabr 2020-ci il 6.00-dan Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsi zonasında erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq sülhməramlı kontingenti yerləşdirməyə başlayır

BAKI, 10 noyabr - Sputnik. Rusiya Moskva vaxtı ilə 6.00-dan (yerli vaxtla 7.00-dan) Qarabağda erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq sülhməramlı kontingenti yerləşdirməyə başlayacaq. Rusiyanın "Zvezda" telekanalınınn məlumatına əsasən, bu barədə RF Müdafiə Nazirliyi xəbər yayıb.

"Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyasının Prezidetinin bəyanatına uyğun olaraq, Moskva vaxtı ilə 10 noyabr 2020-ci il 6.00-dan Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsi zonasında erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq sülhməramlı kontingenti yerləşdirməyə başlayır", - məlumatda deyilir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalayıblar.

Əsas mövzular